top
AFFA nümayəndəsi Kopenhagendə Futbolda Uşaq Hüquqlarının Qorunması seminarında iştirak etdi Sport24.az
15 noyabr 2025, 13:29
- ↺ +

AFFA nümayəndəsi Kopenhagendə "Futbolda Uşaq Hüquqlarının Qorunması" seminarında iştirak etdi

UEFA-nın təşkilatçılığı ilə Danimarkanın paytaxtı Kopenhagendə 55 üzv futbol federasiyasının sosial və ətraf mühit dayanıqlığı üzrə məsul şəxslərinin iştirakı ilə "Futbolda Uşaq Hüquqlarının Qorunması" mövzusunda seminar keçirilib. Sport24.az xəbər verir ki, tədbirin təşkilində məqsəd idman mühitində uşaqların təhlükəsizliyi, rifahı və hüquqlarının müdafiəsi üzrə müasir standartların federasiyalar arasında harmonizasiya olunması, dayanıqlı idarəetmə sahəsində ən yaxşı təcrübələrin paylaşılması, həmçinin dayanıqlı və şəffaf idarəetmə modelinin inkişafına töhfə verməkdir.

 

Seminarda iştirak edən AFFA-nın Sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva aparıcı federasiyaların nümayəndələri ilə fikir mübadiləsi aparıb, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi və dayanıqlı idman mühiti quruculuğu sahəsində görülən işlər barədə məlumat verib.

 

İki gün davam edən tədbir çərçivəsində iştirakçılar uşaq hüquqlarının qorunması üzrə UEFA-nın yeni çərçivə modeli, risklərin qiymətləndirilməsi və müdafiə protokolları, uşaqlar üçün təhlükəsiz idman mühiti yaradılması mövzuları ətrafında geniş fikir mübadiləsi aparıblar.

 

Seminar UEFA-ya üzv federasiyalar arasında əməkdaşlığın gücləndirilməsinə, uşaqlar üçün təhlükəsiz, müdafiə olunan və inklüziv futbol mühitinin yaradılmasına töhfə verən mühüm platforma kimi qiymətləndirilir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

Zirənin futbolçusu Eren Aydın: “Araz-Naxçıvanla oyunda əlavə vaxt olsaydı, qalib gələ bilərdik”

Futbol
Bu gün, 11:59

Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakovun sərbəstqalma məbləği 55 milyon avro və müqaviləsi 2031-ci ilədəkdir

Güləş
Bu gün, 11:44

Məşqçilər altı medalı itirdiklərini qəbul edərək, güləş milli komandası Astana’da problemləri açıqladı

Futbol
Bu gün, 11:40

Ronaldo Paxtakor qarşısında səfər oyununda iştirak etməyəcək

Futbol
Bu gün, 11:24

Kamal Umudlu UEFA Gənclər Liqasında Villarreal-PSJ oyununun referisi olacaq

Digər
Bu gün, 11:22

Noyabrın 14-də Binə Atçılıq Mərkəzində Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək

Şahmat
Bu gün, 11:15

Azərbaycan yeniyetmələr arasında şahmat üzrə Avropa çempionatında 40 idmandaşı ilə təmsil olunacaq;

Futbol
Bu gün, 11:14

Neftçi futbolçu Sessi Dalmeyda: Messi ilə görüş tarixi bir an idi

Digər
Bu gün, 11:11

Azərbaycanın deflimpiyaçıları karate üzrə Avropa çempionatında 3 qızıl medal qazanıblar

Futbol
Bu gün, 11:05

Barselona Alexandro Balde satmaq niyyətindədir;

Boks
Bu gün, 11:01

Azərbaycan U-23 boksçuları Türkiyə yığması ilə Avropa çempionatına hazırlıqda

Qarabağ FK
Bu gün, 11:00

Jali Muaddib Neftçi ilə razılaşdı, amma son anda Qarabağ'a transfer oldu

Futbol
Bu gün, 10:59

İkinci Liqada 9-cu turun ikinci oyun günündə iki qarşılaşma

Futbol
Bu gün, 10:43

Nyukasl Evertonu Yenidən Qarşılayacaq – Afisha

Futbol
Bu gün, 10:40

Paulo Fonseca "Lion" klubuna keçdi

Voleybol
Bu gün, 10:28

Azərbaycan Super Liqasının 2026/2027 mövsümündə qadın voleybolçuların başlanğıc tarixi 6 noyabr elan edildi

Futbol
Bu gün, 10:20

Bavariya Atleti­ko ilə oyunu buraxa bilər: Olise zədəsi

Futbol
Bu gün, 10:13

Liverpool sol cinahı gücləndirmək üçün beş namizədin transferini düşünür

Futbol
Bu gün, 10:00

Akinyemi: Neftçi çempionluğa hədəflənir, inamımız böyükdür

Futbol
Bu gün, 09:58

Balakən futbol klubu yenilənən stadionu tamamlamış – video

Futbol
Bu gün, 09:42

Cud Bellinqem Realda 50-ci qolu ilə rekordu qırdı

Futbol
Bu gün, 09:40

Kristal Pelas hücumçusu müqavilə uzadıla bilmədi

Futbol
Bu gün, 09:23

Arsenal'dan qovulan Harry Keyn Qızıl Topu qazandı

Futbol
Bu gün, 09:20

Hakerlər Corinthians saytını hücum etdilər, Lionel Messi transfer iddiası yayımladı

Oxşar xəbərlər