top
AFFA-nın sabiq vitse-prezidenti: Artıq olanımızı da itirməyə başlamışıq İdman.biz
22 noyabr 2024, 17:35
- ↺ +

AFFA-nın sabiq vitse-prezidenti: "Artıq olanımızı da itirməyə başlamışıq"

"Bizi ən çox məyus edən odur ki, artıq olanımızı da itirməyə başlamışıq".

İdman.biz xəbər verir ki, bunu Report.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Vaqif Sadıqov komandanın Millətlər Liqasındakı çıxışını dəyərləndirərkən deyib.

65 yaşlı mütəxəssis millinin C Liqasında qalmaq şansını Estoniya ilə matçda əldən verdiyini vurğulayıb:

"Çox çətindir nəsə demək. Bizi ən çox məyus edən odur ki, artıq olanımızı da itirməyə başlamışıq. Son vaxtların ən potensiallı yığmasını gördük və çox ümidlər bağlamışdıq. İnanırdıq ki, inkişaf edərək bizi sevindirməyə çalışacaqlar. Qəbələdə Estoniya ilə oyundan sonra C Liqasındakı yerimizi 90 faiz itirmişdik. Son oyunda təkcə nəticə deyil, komandanın çıxışı da bizi məyus etdi. Düşünürəm ki, Azərbaycan bu gün layiq olmadığı yerə yuvarlanıb".

AFFA-nın sabiq vitse-prezidenti millinin İsveçə 0:5 hesablı məğlubiyyətini də xatırladıb:

"İsveç yığmasının güclü olduğunu bilirdik, qrupun lideri idi. Baş məşqçiləri son açıqlamasında məqsədlərinin Millətlər Liqasında ən yaxşı nəticə əldə etmək olduğunu söylədi. Bizimlə oyunda tam güclərini qoyacaqları gözlənilən idi. İsveçə daha əvvəl 0:5 hesabı ilə məğlub olmuşduq. Həmin oyun ərəfəsində də rəqibi dağın başına qaldırmışdılar və bunu bilirdik. Kimsə kimdənsə üstün ola bilər. Ancaq bu o demək deyil ki, meydana ruhsuz çıxasan və mübarizəsiz tərk edəsən".

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi komanda cari mövsüm Millətlər Liqasında yer aldığı C Liqasının I qrupunda cəmi 1 xal toplayaraq D Liqasına yuvarlanıb. Komanda son olaraq səfərdə İsveç millisinə 0:6 hesabı ilə uduzub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Futbol
Dünən, 21:41

"Zirə" baş məşqçisi Rəşad Sadıqov: "Ümid edirdik ki, ikinci hissədə tam görmək istədiyimiz "Zirə"ni izləyəcəyik"

Oxşar xəbərlər