top
AFFA-nın “payız nağılı”na… Sport24.az
18 oktyabr 2024, 23:15
- ↺ +

AFFA-nın “payız nağılı”na…

CEYHUN ƏLİYEV

 

Millətlər Liqasında uğursuz çıxışı ilə "yeni tarix" yazan millimiz İTV-də müzakirə mövzusu oldu. Səslənən fikirlər kifayət qədər fərqli idi. Bu da başa düşüləndi. Həmkarların səsləndirdiyi fikirlərlə işim yox. Ancaq bir sıra qəribə fikirlər səsləndi ki, buna münasibət bildirməmək olmur.

 

İlqar Qurbanovun dediklərini xatırlayaq. Veteran futbolçu Santuşun gəlişinədək futbolçuların milliyə tanışlıq/tapşırqla gəldiyini iddia etdi. İndi isə bu halların yaşanmadığını dedi və…  kifayət qədər ciddi ittihamdı. Məsələn, mən Höccət Haqverdinin millimizdə oynamasını qətiyyətlə pisləmişəm. Dəfələrlə bu mövzuda yazılar da dərc etmişəm. Ancaq heç vaxt əlimdə sübut olmadan iddia erməmişəm ki, hansısa futbolçu milliyə gizli sövdələşmələr əsasında gətirilib. Maraqlıdı, Qurbanov dedisə ki, belə olub, söylədikləri dərhal həqiqətəmi çevrildi? Mən iddia etmirəm ki, hansısa oynçular tapşırıqla gəlməyib. Amma sübutsuz əksini demək də heç bir çəkiyə gəlmir. Eyni minvalla gəlin deyək ki, Vadim Abdullayev milliyə dayday hesabına cəlb olundu. Gülməlidi, vallah!

 

Ancaq maraqlısı budu ki, Santuşun köməkçiləri sırasında bir azərbaycanlı mütəxəssisə yer tapılmayıb. Hansı ki, həmin şəxs Slovakiya ilə oyunda sarı vərəqəsi olan Mahir Emrelini əvəzləməyi tövsiyə edərdi. Məsələn, Qurbanov bu barədə danışmalı idi ki, nəyə görə ehtiyat oyunçular skamyasında əyləşən yeganə azərbaycanlı olsa da, portuqaliyalıdan heç olmasa bir həmyerlisinin məşqçilər korpusunda yer almasını tələb etmir!

 

Toxunulan və qabardılan məsələlərdən biri də Santuşa xərclənən məvacibin infrastruktura, uşaq futbolunun inkişafına yönləndirilməsi idi. İcraçı vitse-prezident Sərxan Hacıyev nəzərdə tutulan məbləğdən kənara çıxılmadığını bildirməklə məsələnin qapadıldığını zənn etdi. Ancaq elə deyil axı. Əvvəla, şəffaflıqdan danışan Hacıyev nədənsə baş məşqçinin məvacibini söyləməkdən yayındı. Adını qpydu ki, etikadan kənardı. İctomaiyyət dövlətin pulunun hansı hissəsinin 70 yaşlı ağsaqqala xərcləndiyini bilmək hüququna sahibdi. Onda deputarların da məvacibi gizlədilsin ki, etikadan kənardı. Biz Santuşun hansı rəngdə paltarı, hansı yeməyi sevməsini soruşmuruq e, dövlətin ayırdığı pulu bilmək istəyirik, cənab Hacıyev! Rəqəmi səsləndirməkdən çəkinməyinizin səbəbi axı, başqadı - ictimai qınaq. Deyirsiniz ki, yerli mütəxəssis olsaydı da biz eyni məbləği verəcəkdik. Ancaq rəqəm gizlədilir. Çünki bilirsiniz ki, həmin məbləğdən 5 dəfə aşağı rəqəm göstərilsə, heç bir Santuş Azərbaycana gəlməz və belədə, azərbaycanlı mütəxəssislə anlaşmalı olacaqsınız.

 

Arif Əsədovun göstərdiyi nəticələri bəyənmədinizsə, Santuş niyə hələ də qovulmayıb? Portuqaliyalı pensiya yaşını çoxdan adlamış məşqçi deyib ki, 1 ildən sonra fərqli milli görəcəksiniz. Bəs görməsək? Aldığı məvacibi geri verəcək yoxsa Sərxan Hacıyev bankdan kredit götürüb xərclənən vəsaiti büdcəyə qaytaracaq?

 

Zəhmət çəkin, papağınızı qoyun qarşınıza və düşünün. Arxada qalan 6 ayda mümkün olan ən pis nəticəyə imza atmağı köhnələrin ayağına yazmaqla ayıbınızı örtdünüzmü? Əsla! İnkişaf konsepsiyasının yazılmasına 6-8 ay vaxtın tələb olunduğunu iddia edirsiniz. Həmin konsepsiyaya görə də yəqqin 6-8 il istəyəksiniz ki, inkişaf sezilməyə başlasın, eləmi?

 

Deyirsiniz ki, AFFA-ya dəstək olmaq lazımdı. Tallində alınan məğlubiyyətə görəmi? Axı, köhnələrin elə də köhnə olmadığı zamanda tərəfdaşınız İlqar Qurbanovun təbirincə desək "tapşırılmışlar" Estoniyadan qalib qayıtmışdı. Bəs necə olur ki, "tapşırıımayanlar" Vətənə "əli ətəyindən uzun" qayıtdı? Yox, cənablar, nağılınızın payız parçası əcaib alındı. Çalışın növbəti ssenari üçün fərqli müəlliflər seçin.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 18:42

Şəhriyar Məmmədyarov sabah Budapeştdə 'Total Chess' turnirinə başlayır

Futbol
Bu gün, 18:23

Norveç futbol oyununda tribuna çökmüş, azarkeş xəstəxanada

Digər
Bu gün, 18:08

ABŞ-də Karolina Panthers və Denver Broncos matçında korgi it meydanı işğal etdi

Futbol
Bu gün, 17:56

Niderlandın ikinci liqasında azarkeşl etirazı səbəbindən "Vitess" - "De Qraafşap" matçı ləğv edilib

Futbol
Bu gün, 17:55

Azərbaycan İFA II Liqasının X turunda Hypers 4:0, Qaradağ Lökbatan isə 5:0 qalib gəldi

Futbol
Bu gün, 17:50

"Sabah" FK milli fasilədə 4 günlük istirahətə buraxılıb

Futbol
Bu gün, 17:44

Raül Qonsales İspaniyanın "Ovyedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 17:42

Messi, Zidan və Podolskidəki kimi: Kriştiano Ronaldonun milli komandadan uğursuz xaric olmasından sonra vida mərasimi necə keçiriləcək?

Futbol
Bu gün, 17:35

Monza da Azərbaycan milliyyəti Lorenzo Mezzotero'nu izləyir

Futbol
Bu gün, 17:32

Valensiya klubunun borcu 592,8 milyon avroya yüksəldi.

Olimpiada
Bu gün, 17:25

Beşqat olimpiya çempionu Teddi Rine 2027 prezident seçkilərinə namizəd olmaq qərarını bildirdi

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 16:59

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub

Futbol
Bu gün, 16:56

Beşiktaş, Argentina orta sahili Rodriqo De Paul üçün görüş edir

Olimpiada
Bu gün, 16:44

Rostislav Pevtsov üç Olimpiada xatirələrini paylaşdı

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Oxşar xəbərlər