top
AFFA milliyə legioner tərcüməçi gətirib İdman.biz
21 noyabr 2024, 10:26
- ↺ +

AFFA milliyə legioner tərcüməçi gətirib

Qulaq gündə bir söz eşitməsə, kar olar. Bu ifadə əbəs yerə deyilməyib. Eşidəndə ki, AFFA milli komandamıza ölkə xaricindən tərcüməçi gətirib, təəccübləndim. Necə də təəccüblənməyəsən axı? Legioner baş məşqçi, legioner futbolçu, lap legioner həkim də eşitmişdik, amma legioner tərcüməçi ilk dəfədir eşidirik. Yəqin ki, bu, dünya futbolunda da siftədir.

Xeyr, bu, nə zarafatdır, nə də bu gün aprelin 1-i. Həqiqətən də AFFA millimizə əcnəbi tərcüməçi cəlb edib - Fatih Nar. Türkiyəli arkadaşımızın "Beşiktaş"da çalışdığı deyilir. Böyük ehtimalla, daha əvvəl Fernandu Santuş İstanbul klubunun baş məşqçisi olarkən birgə işləyiblər. İndi də cənab Santuş Narı milli komandamızda görmək istəyib. Fatih arkadaş da Estoniya və İsveçlə oyunların hazırlığı zamanı millimizin düşərgəsində olub, məşqlərdə iştirak edib, qarşılaşmalar zamanı ehtiyat oyunçular skamyasında yer alıb.

Bilmirsən, güləsən, ya ağlayasan... AFFA kimi qurum aylardır milli komandamızın baş məşqçisinə tərcüməçi tapa bilmir. Mətbuat konfraslarında portuqaliyalı mütəxəssisin yanında daha əvvəl "Qarabağ"da çalışan Elvar Quliyevi, "Zirə"dən Nicat Şıxəliyevi görmüşdük. Millətlər Liqasındakı son 2 matçda isə "Neftçi"nin tərcüməçisi Vüqar Əliyev Santuşla birgə mətbuat önünə çıxmışdı. İstər Elvar, istər Vüqar, istərsə də Nicat illərdir Azərbaycan futbolundadırlar və hər üçün də işinin peşəkarıdır. Bu halda legioner tərcüməçiyə nə ehtiyac var? Hətta o, qardaş Türkiyədən olsa belə.

Həm də maraqlıdır, Aleksey İsayev, Bədavi Hüseynov, Anton Krivotsyuk Fatih Narın tərcümələrini necə başa düşüblər? Yoxsa daha bir nəfər də türkiyəli tərcüməçinin fikrini rus dilinə çevirib? Bir sözlə, komediyadır. Bilmirsən güləsən, ya ağlayasan. Heyif millimizdən, heyif...

Mənbə: Futbolxeber.az

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Futbol
Dünən, 21:44

Rəşad Sadıqov: "Qəbələ" üzərindəki 2:1-lik qələbəni taktiki dəyişikliklərlə əldə etdik

Oxşar xəbərlər