top
AFFA Məşqçilər Komitəsinin sədri: “Limitin ləğvi istər-istəməz Premyer Liqanın səviyyəsini yüksəldəcək” Report.az
05 fevral 2025, 12:02
- ↺ +

AFFA Məşqçilər Komitəsinin sədri: “Limitin ləğvi istər-istəməz Premyer Liqanın səviyyəsini yüksəldəcək”

Limitin ləğvi istər-istəməz Premyer Liqanın səviyyəsini yüksəldəcək.

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov növbəti mövsümdən Misli Premyer Liqasında legioner limitinin ləğvinə münasibət bildirərkən deyib.

Mütəxəssis bu qərarın qaçılmaz olduğunu vurğulayıb:

"Həmişə vahid sistemin və işlək mexanizmin tərəfdarı olmuşam. Düzdür riskli qərardır, müzakirə oluna bilər. Amma həmişə bildirmişəm ki, limitin ləğvi qaçılmaz addımdır, gec-tez, bu, olmalıdır. Bu, istər-istəməz Premyer Liqanın səviyyəsini də yüksəldəcək. Qərar qəbul olunubsa, müsbət tərəfləri var. Ən vacibi odur ki, bundan bəhrələnmək lazımdır. Klublar həm çempionatın, həm də yerli futbolçuların səviyyəsini artırmaq üçün bundan yararlanmalıdırlar. Yerli futbolçulardan istifadə edəcək klublara əlavə bonuslar veriləcək. Digər tərəfdən 12-dən artıq hər legionerə görə 100 min, 15-dən çox əcnəbi üçün isə 200 min manat rüsum ödənilməlidir. İnanmıram ki, klublar bu səbəbdən artıq legioner transfer etsinlər. Komandanın sifariş ərizəsinə 30 oyunçunun adının salındığını nəzərə alsaq, yerlilər üçün də şans olacaq və ciddi rəqabət yaranacaq. Üstün olanlar Azərbaycan futboluna fayda verəcəklər".

Veteran futbolçu rüsuma görə klubların legioner seçiminə daha ciddi yanaşacaqlarını söyləyib:

"Yerlilərin də inkişafı çox önəmlidir. Hazırda klublarımızın bəzilərində əcnəbi futbolçuların sayı 15-dən artıqdır. Yeni qaydalardan sonra inanmıram ki, hansısa klub təyin olunan rüsuma görə daha çox legioner transfer etsin. Limitin ləğvinin üstünlüklərindən biri də budur ki, legioner seçiminə daha ciddi yanaşılacaq. Komandalara fayda verə biləcək əcnəbilər transfer olunacaq. Kompleks şəkildə görülən işlər yerli futbolçuların da özlərini göstərməsinə şərait yaradacaq. Bütün bunların özünü nə dərəcədə doğruldub-doğrultmayacağını zaman göstərəcək".

AFFA rəsmisi ölkədə legionerlərlə rəqabətə hazır yerli futbolçuların olduğunu deyib:

"Vaxtilə Azərbaycan çempionatında belə bir hal yaşanmışdı. Düzdür, indi futbol inkişaf edib, həmçinin Premyer Liqanın səviyyəsi artıb. Daha artığına nail olmaq üçün addımlar atılır. Qərarlar qəbul olunub, klub daxilində yerlilərin də mənafeyini qorumaq vacibdir. Bu o demək deyil ki, hər dəfə elə ancaq legionerlər meydana çıxacaq. Heç kimdən zəif olmayan, rəqabətə hazır yerli futbolçular da var. Təki qərarlar gələcəkdə öz bəhrəsini versin".

Qeyd edək ki, fevralın 3-də AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Misli Premyer Liqasının 2025/2026 mövsümündən etibarən legioner limitinin ləğvi ilə bağlı qərar çıxarılıb. Həmçinin əcnəbi futbolçuların sifarişi üçün rüsumlar tətbiq olunub.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər