top
AFFA İcraiyyə Komitəsinin iclasında UEFA HatTrick proqramı, Əvəzedicilər Liqası və futzal üzrə məşqçi təyinatı müzakirə edilib Idman.biz
25 iyun 2025, 13:54
- ↺ +

AFFA İcraiyyə Komitəsinin iclasında UEFA HatTrick proqramı, Əvəzedicilər Liqası və futzal üzrə məşqçi təyinatı müzakirə edilib

SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

İdman.biz xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.

Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.

Əvvəlcə UEFA-nın HatTrick investment proqramı barədə AFFA-nın baş katibi Cahangir Fərəcullayev məlumat verib. Qeyd edilib ki, HatTrick investment layihəsi çərçivəsində UEFA-ya müraciət olunaraq aşağıdakı infrastruktur məsələlərinin icrası planlaşdırılır:

- AFFA-nın İnkişaf Strategiyasının icrası ilə əlaqədar Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işlərinin aparılması.
- Ağsu şəhər stadionunda infrastrukturun Premyer Liqa tələblərinə çatdırılması.
AFFA İnkişaf Strategiyası çərçivəsində UEFA-ya müraciət etmək üçün aşağıdakı istiqamətlər üzrə sənədləşmə və layihələndirmə işlərinə başlanılsın:
- Birinci Regional İnkişaf Mərkəzinin inşası.
- Aşağı yaş qrupları üzrə liqaların keçirilməsi üçün 2 meydanın ot örtüyünün yenilənməsi.

Ardından Əvəzedicilər Liqası ilə bağlı müzakirələr aparılıb. AFFA-nın baş katibi C.Fərəcullayev Əvəzedicilər Liqasında ötən mövsümün gedişi, komandaların vəziyyəti, statistik göstəriciləri barədə məlumat verib. Məsələ ilə bağlı Klublar Komitəsinin rəyi dinlənilib. Əvəzedicilər Liqası ötən mövsüm olduğu kimi davam etdiriləcək.

Daha sonra futzal üzrə A milli komandanın baş məşqçisi ilə bağlı məsələyə baxılıb. Azərbaycan Futzal Federasiyasının təqdimatına əsasən, Yevgeni Kukseviçin milli komandanın baş məşqçisi, Aleksey Kudlayın isə fiziki hazırlıq üzrə məşqçisi vəzifəsinə təyinatı təsdiqlənib. Hər iki mütəxəssislə müqavilənin müddəti 1 il nəzərdə tutulub.

AFFA-nın baş katibi C.Fərəcullayev qadın futbolundakı vəziyyətlə bağlı İcraiyyə Komitəsi üzvlərinə məlumat verib. O, A milli komandanın Millətlər Liqasındakı çıxışı, həmçinin qadın liqalarında başa çatan mövsümlə bağlı fikirlərini diqqətə çatdırıb. Qeyd olunub ki, yaxın vaxtlarda AFFA-da qadın futbolu ilə bağlı struktur dəyişiklikləri aparılacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:32

“Bavariya”nın baş məşqçisinin qayıdışı təxirə düşür

Digər
Bu gün, 20:27

“Fənərbağça”da baş məşqçi postuna namizədlər bilindi

Digər
Bu gün, 20:27

"Liverpul"un istədiyi müdafiəçiyə 120 milyon avro qiymət qoydular

Futbol
Bu gün, 20:19

Real Madrid İspaniya dəmir yolu qəzasının qurbanlarını yad etdi

Basketbol
Bu gün, 20:05

"Neftçi" basketbol komandası baş məşqçisi: "Qələbə üçün 100% hazır olmaq lazımdır"

Güləş
Bu gün, 19:58

Sumqayıtda gənclər üçün Abşeron‑Xızı regional cüdo turniri başlayacaq

Digər
Bu gün, 19:28

İki qızıl və bir gümüş medal qazanan güləşçilərimiz Bakıda təntənəli qarşılanıblar - FOTO/VİDEO

Futbol
Bu gün, 18:59

Neftçi Şamaxı ilə görüşə 1 itki ilə çıxır

Futbol
Bu gün, 18:54

Roma müdafiəçisinin Mussolini soyadlı futbolçusu Serie A-də ilk qolunu vurdu

Digər
Bu gün, 18:51

Özbəkistan idmanının yüksəlişinin sirri - Dünya çempionatı, Olimpiya qızılları və şahmat tacı

Güləş
Bu gün, 18:50

Sumqayıt güləşçiləri U-15 yaş qrupunda Gəncə Kubokunu qazandı

Futbol
Bu gün, 18:41

“Mançester Yunayted”in Karrikin vəzifədə qalmasının əsas səbəbləri ortaya çıxdı

Futbol
Bu gün, 18:29

Ansu Fati 6 həftəlik sıradan çıxıb

Futbol
Bu gün, 18:27

“Liverpool” Mac Allisterlə yeni müqavilə bağlamağa hazırlaşır

Digər
Bu gün, 18:14

“Şəfa” darmadağınla mərhələ adladı

Digər
Bu gün, 18:13

İranda tanınmış alpinist edam edildi: daha altı idmançı ölüm təhlükəsində

Boks
Bu gün, 18:00

Dörd Azərbaycanlı boksçu noyabrın 7-də İstanbulda WBC kəmərləri uğrunda yarışıb

Futbol
Bu gün, 17:53

Səməd Qurbanov: U-15 Dünya Çempionatı Gənc Futbolçuların Gələcəyini Göstərir

Qarabağ FK
Bu gün, 17:40

"Qarabağ" U-19 UEFA Gənclər Liqasında Zagreb "Dinamosu"na 1:2 hesabıyla məğlub oldu

Futbol
Bu gün, 17:40

"Napoli", "Şaxtyor"un braziliyalı müdafiəçisi Vinisius Tobiasa maraq göstərir

Qarabağ FK
Bu gün, 17:35

Qarabağ U‑19 Dinamo tərəfindən 1:2 məğlub edildi

Cüdo
Bu gün, 17:35

Əbu-Dabi Böyük Dəbilqə turnirində Azərbaycanın cüdoçularının püşkatma rəqibləri müəyyənləşib

Futbol
Bu gün, 17:20

Real Madrid, Liverpulun Argentinalı futbolçusunu transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 17:17

Turan Tovuz və Sabahın matçı öncəsi heyət vəziyyəti təsdiqləndi – İdmam.Biz açıqlaması

Oxşar xəbərlər