top
AFFA İcraiyyə Komitəsinin iclasında milli komanda, Dünya Çempionatı, hakimlik və kadr məsələləri müzakirə olunub Sport24.az
25 noyabr 2025, 20:46
- +

AFFA İcraiyyə Komitəsinin iclasında milli komanda, Dünya Çempionatı, hakimlik və kadr məsələləri müzakirə olunub

25 noyabr 2025-ci il tarixində SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. Sport24.az xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib.     Daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.     Əvvəlcə A milli komandanın dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirdiyi son oyunlarla bağlı baş məşqçi Ayxan Abbasovun hesabatı dinlənilib. Milli komandanın çıxışı ətraflı müzakirə olunub, gələcək oyunlarla bağlı fikir mübadiləsi aparılıb.     Ardından Özbəkistan və Azərbaycanın birgə ev sahibliyi edəcəyi FIFA U-20 Dünya Çempionatı – 2027-yə hazırlıq barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev məlumat verib. Həmçinin hazırlıq prosesi ilə bağlı görüləcək işlər və planlar müzakirə edilib.     Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev hakimliklə bağlı ümumi məlumat verib. Onun təqdimatı dinlənilib, hakimlik sahəsində mövcud vəziyyət nəzərdən keçirilib və bir sıra struktur dəyşiklikləri qəbul edilib. Dəyişikliyə əsasən, Hakimlər Komitəsinin sədri Frank De Bleker bundan sonra Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edəcək.     İclasda Hakimlər Komitəsinin sədri vəzifəsinə Rəhim Həsənovun namizədliyi irəli sürülüb və İcraiyyə Komitəsinin üzvlərinin yekdil qərarı ilə təsdiqlənib.     Bundan başqa, Zaur Axundovun AFFA İcraiyyə Komitəsinin üzvlüyündən öz xahişi ilə ayrılmaqla bağlı ərizəsi qəbul edilib.     AFFA İntizam Komitəsində vakant yerlərə yeni namizədlər olan Zümrüd Ağayeva və Murad Məmmədov isə təsdiqlənib.     Eyni zamanda 2026/2027-ci illər mövsümü üçün lisenziyalaşdırma qaydaları təsdiqlənib.
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
Bu gün, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Futbol
Bu gün, 00:11

Rodri "Barselona"ya keçəcək

Futbol
Bu gün, 00:05

“Liverpul” “Komo”nu yoldaşlıq oyununda məğlub edib

Futbol
Dünən, 23:55

Espanyol "Levante"ni darmadağın edib

Futbol
Dünən, 23:55

Zirə doğma meydanda Şəfanı məğlub edib

Futbol
Dünən, 23:26

Filipe Kandido: “Kaş Səbuhi belə etməzdi” - “Sumqayıt” “Neftçi”yə uduzdu

Futbol
Dünən, 23:14

Kriştianu Ronaldu: Futbolda son ilim

Futbol
Dünən, 22:59

Sumqayıt - Neftçi matçının videoçarxı

Futbol
Dünən, 22:50

Mahir Emreli ötürmə ilə fərqlənib, amma “Rakuv” məğlub olub

Futbol
Dünən, 22:40

Ramil Şeydayev “Soçi”də debüt etdi

Futbol
Dünən, 22:32

Mahir Emreli qol ötürməsi verdi, "Rakuv" məğlub olub

Boks
Dünən, 22:23

Azərbaycan boksçuları Avropa çempionatında 1/4 finala yüksəliblər

Digər
Dünən, 21:41

Azərbaycan gənclərinin badminton turniri qurtardı

Futbol
Dünən, 21:29

Rasinq Santander Vilyarreal ilə heç-heçə edib

Qarabağ FK
Dünən, 21:28

Qarabağ”ın rəqibi Konfrans Liqasına hazırlaşır

Futbol
Dünən, 20:59

Kriştiano Ronaldo futboldakı son mövsümündədir

Futbol
Dünən, 20:50

"Barselona" "Bazel"i darmadağın edib

Futbol
Dünən, 20:36

Marsel “Vest Hem” müdafiəçisini transfer edə bilər

Voleybol
Dünən, 20:29

“Ordu” voleybol klubuna yeni legioner

Futbol
Dünən, 20:10

AFFA baş katibi "Sumqayıt" - "Neftçi" oyununu izləyir

Futbol
Dünən, 20:00

"Arsenal" İngiltərə Superkubokunu qazandı

Basketbol
Dünən, 19:55

Neftçi SOCAR 3x3 basketbol komandası Dünya Qadın Seriyasından kənara düşür

Futbol
Dünən, 19:35

Zion Suzuki „Aston Villa“ya transfer olunub

Oxşar xəbərlər