top
AFFA İcraiyyə Komitəsinin iclasında 2026-cı il büdcəsi, Əvəzedicilər Liqası, hakimlər və digər məsələlər müzakirə olunub Report.az
19 fevral 2026, 19:39
- ↺ +

AFFA İcraiyyə Komitəsinin iclasında 2026-cı il büdcəsi, Əvəzedicilər Liqası, hakimlər və digər məsələlər müzakirə olunub

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

"Report" xəbər verir ki, AFFA-nın prezidenti Rövşən Nəcəf əvvəlcə UEFA Çempionlar Liqasında "Qarabağ"ın bu mövsüm qazandığı uğurlar münasibətilə komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edib, bu nəticələrin Azərbaycan futbolunun beynəlxalq nüfuzunun artmasına töhfə verdiyini vurğulayıb.

AFFA-nın prezidenti daha sonra iclasın gündəliyi barədə məlumat verib.

İlk olaraq AFFA-nın 2026-cı il üçün büdcəsi müzakirə olunaraq təsdiqlənib. Ardınca AFFA-nın baş katibi Cahangir Fərəcullayev Əvəzedicilər Liqasının 2026/2027-ci illər mövsümü üçün statusu barədə geniş məlumat verib. Məsələ ətrafında İcraiyyə Komitəsi üzvləri tərəfindən təkliflər səsləndirilib, yekun qərarın verilməsi üçün Klublar Komitəsinin rəyinin alınmasının məqsədəuyğun olduğu bildirilib. Daha sonra AFFA-nın baş katibinin müavini Elçin Məmmədov Misli Premyer Liqası klublarının akademiyalarında aparılmış yerində təhlillər üzrə hesabatı təqdim edib. İclasda Hakimlər Komitəsinin tərkibinin formalaşdırılması məsələsinə də baxılıb. Qərara əsasən, Asim Xudiyev, Şahin Cəfərov və Elçin Səmədli yekdilliklə komitənin yeni üzvləri təyin olunublar. Eyni zamanda Misli Premyer Liqası hakimləri üçün nəzərdə tutulan yeni bonus sistemi baş katib Cahangir Fərəcullayev tərəfindən təqdim olunub. Bu sistemin hakimlərin fəaliyyətinin stimullaşdırılmasına və oyunlarda idarəçiliyin keyfiyyətinin artırılmasına xidmət edəcəyi bildirilib. Təklif olunan sistem İcraiyyə Komitəsinin üzvlərinin səsverməsi ilə təsdiq edilib. İclasda AFFA-nın növbəti Hesabat Konfransının tarixi də müəyyənləşdirilib. AFFA-nın növbəti Hesabat Konfransının 2026-cı il aprelin 3-də keçirilməsi qərara alınıb. Oyunçuların Statusu və Transferi Komitəsinin sədri Tural Eyvazovun öz xahişi ilə vəzifəsindən ayrılması ilə bağlı ərizəsi qəbul edilib. Qərara əsasən, bu komitəyə Sərxan İbadov yeni sədr seçilib. Sonda 2027-ci ildə Azərbaycan və Özbəkistanda təşkil olunacaq FIFA U-20 Dünya çempionatı ilə əlaqədar ev sahibliyi müqaviləsi təsdiqlənib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Oxşar xəbərlər