AFFA İntizam Komitəsi I Liqada mübarizə aparan iki klubu cərimələyib.
"Report" xəbər verir ki, bu barədə qurumun son iclasında qərar qəbul edilib.
III turun "Baku Sportinq" – ""Şimal" oyununda topdaşıyanların say limiti pozulduğuna görə meydan sahibi klub 600 manat cərimələnib.
III turun MOİK – ""Zaqatala" oyununda "Zaqatala" komandasının nümayəndələrində "A buraxılışı" vəsiqəsi olmadığına görə "Zaqatala" komandası 300 manat cərimə edilsin (maddə 86.12).