top
AFFA Hakimlər Komitəsinin sədri VI tur oyunlarındakı mübahisəli epizodlara aydınlıq gətirib Report.az
30 sentyabr 2025, 10:23
- ↺ +

AFFA Hakimlər Komitəsinin sədri VI tur oyunlarındakı mübahisəli epizodlara aydınlıq gətirib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının VI turunda keçirilən oyunlardakı mübahisəli epizodları şərh edib.

"Report"un məlumatına görə, o, ilk olaraq "İmişli" - "Zirə" matçında yaşananlara toxunub.

De Blekere bildirib ki, matçın 36-cı dəqiqəsində top oyunda olarkən "Zirə"nin 4 nomrəli futbolçusu "İmişli"nin 9 nömrəli futbolçusunu arxadan ehtiyatsızlıqla itələyib və hakimlər briqadası bu epizodu görməyib:

"VAR vəziyyəti yoxladı, lakin bu hərəkəti qırmızı vərəqə epizodu hesab etmədiyi üçün müdaxilə etmədi. (TV görüntülərində təmas nöqtəsi aydın görünmür)

Gözləntimiz "Zirə" futbolçusuna ehtiyatsız hərəkətə görə sarı vərəqə verilməsi, "İmişli"nin lehinə cərimə zərbəsi təyin olunması idi. Əgər təmas baş və ya üz nahiyəsində aydın görünərsə, onda zorakı davranışa görə qırmızı vərəqə gözlənilir".

O, ardınca "Sabah" - "Sumqayıt" matçının 16-cı dəqiqəsində yaşananlara münasibət bildirib:

"Top "Sabah"ın 11 nömrəli futbolçusuna ötürüldü və o, topu qəbul etdikdən sonra "Sumqayıt"ın futbolçusuna (№80) qarşı ehtiyatsız şəkildə qaydanı pozdu. Hakim qayda pozuntusunu gördü, lakin üstünlük tətbiq etdi. Top oyundan çıxdıqdan sonra hakim "Sabah"ın futbolçusuna (№11) sarı vərəqə göstərdi.

Bu, düzgün qərardır, çünki "Sabah"ın futbolçusu topu almağa çalışarkən ayağının üst hissəsi ilə (tam təmas yoxdur) rəqibə toxundu. Ehtiyatsız oyuna görə sarı vərəqə doğrudur. Əgər təmas ayaqdan yuxarı və ya güclü kontakt olsaydı, o zaman ciddi qayda pozuntusuna görə qırmızı vərəqə gözlənilərdi".

Hakimlər Komitəsinin sədri eyni qarşılaşmadakı digər epizodlarla bağlı bunları deyib:

"45+2-ci dəqiqə hücum zamanı "Sabah"ın futbolçusu (№21) cərimə meydançasında topu yaxın məsafədən "Sumqayıt"ın müdafiəçisinin qoluna vurdu. "Sumqayıt"ın futbolçusunun qolu bədəninə yaxın və təbii vəziyyətdə idi. Həmçinin, o, qolunu topa tərəf yönəltmədi. Hakim oyunu davam etdirdi və VAR da hakimin qərarını dəstəklədi. Bu, hakimin düzgün qərarı idi. 78-ci dəqiqə hücum zamanı "Sabah"ın hücumçusu (№20) qol vurur. VAR epizodu yoxlayır və hücumun başlanğıcında "Sabah"ın oyunçusunun (№5) topa oynadıqdan sonra ehtiyatsız şəkildə "Sumqayıt"ın oyunçusunun (№21) ayağına zərbə endirdiyini görür. VAR baş hakimi epizoda baxmağa dəvət edir. Videogörüntülərə baxdıqdan sonra hakim hər iki kapitana vəziyyəti izah edir, qolu ləğv edir, "Sumqayıt"ın lehinə cərimə zərbəsi təyin edir və ehtiyatsız oyuna görə "Sabah"ın oyunçusuna (№5) sarı vərəqə göstərir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir".

Federasiya rəsmisi "Sabah" - "Sumqayıt" matçının sonlarında ləğv olunan qolla bağlı da danışıb:

90+2-ci dəqiqə "Sabah"ın hücumu zamanı futbolçu (№20) cərimə meydançasında topu qəbul edir və qol vurur. VAR epizodu yoxlayır və görür ki, "Sabah"ın hücumçusu qol vurmazdan əvvəl topa əli ilə toxunub. Qaydalar bunu deyir: əgər oyunçu qol vurmazdan əvvəl əllə oyuna yol verirsə, qol ləğv olunmalıdır. Bu, hər zaman belədir – istər qəsdən, istərsə də təsadüfi olsun. VAR baş hakimi məlumatlandırır və o, qolu ləğv edir. Bu, hakimin düzgün qərarı və VAR-ın düzgün müdaxiləsidir".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:06

“Nyukasl” klubunun futbolçuları baş məşqçinin taktik tələblərini anlamırlar

Futbol
Bu gün, 08:00

Kostanayda Tobolun oyunçusuna silahlı hücum

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Oxşar xəbərlər