top
AFFA Hakimlər Komitəsinin sədri Elçin Məsiyevin I kateqoriyaya yüksəlməsinə münasibət bildirib Report.az
24 dekabr 2024, 13:30
- ↺ +

AFFA Hakimlər Komitəsinin sədri Elçin Məsiyevin I kateqoriyaya yüksəlməsinə münasibət bildirib

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Elçin Məsiyevin FIFA-da I kateqoriyaya yüksəlməsinə münasibət bildirib.

"Report" xəbər verir ki, o, qurumun mətbuat xidmətinə açıqlamasında həm də Misli Premyer Liqasının geridə qalan hissəsində hakimlərin performansını dəyərləndirib.

O, E.Məsiyevin nəticəsinin əla olduğunu bildirib:

"Bu, təkcə Elçin üçün deyil, həm də AFFA Hakimlər Komitəsi üçün çox sevindirici xəbərdir. FIFA-nın birinci qrupunda artıq iki hakimimiz var (digəri Əliyar Ağayevdir - red.) və bu, əla nəticədir. Bunu ağır əmək və davamlı performansların nəticəsi, eyni zamanda UEFA-nın hakimlərimizi yaxından izlədiyinin göstəricisi kimi dəyərləndirmək olar. Həmçinin, Azərbaycandakı bütün hakimlərə müsbət təkan verəcək. FIFA hakimi kimi ardıcıl hərəkət etməli, hər oyunda komandanla birlikdə zirvədə olmalısan. Hakim kimi mümkün qədər "görünməz" qalmalısan. "Görünməz" hakim yaxşı hakimdir, o, oyunda nə baş verdiyini yaxşı bilir. Bu, fiziki hazırlıq, oyunçularla münasibət, epizodu öncədən hiss etmə, aydın qərar qəbul etmə və dil bilikləri kimi müxtəlif bacarıqların birləşməsidir. İngilis dili Avropa futbolunda ünsiyyət üçün çox vacibdir. Baş hakim həm meydanda, həm də ondan kənarda komandanın lideridir. Avropada öz ölkəni təmsil etmək böyük şərəfdir.

Mütəxəssis hakimlərin irəliləyişə nail olduqlarını bildirib:

"6 aydır ki, AFFA-nın Hakimlər Komitəsinin rəhbəriyəm və hakimlərimizin irəliləyişə nail olduqlarını görürəm. Onlar inkişafdadırlar. Çünki birlikdə əsl komanda kimi çalışırıq. Bir-birimizi dəstəkləyirik, birlikdə qazanır, birlikdə məğlub oluruq. Bu, yeni mentalitetdir! Açıq və şəffaf ünsiyyətlə yaxından çalışırıq. Komandamızda hər kəs önəmlidir. Oyunlar zamanı meydanda liderləri, qərar verənləri görürəm və UEFA-nın təlimatlarını, VAR-la bağlı müdaxilə standartlarını izləyirik. Yüngül cərimə zərbələri və ya əsassız qırmızı vərəqələr vermək istəmirik. Əlbəttə, hakimlərimiz kompüter deyil, onlar da səhv edə bilərlər. Amma böyük səhvlərdən qaçmalıyıq. Hər gün bunun üçün çalışırıq. Ümid edirəm ki, gənc oğlan və qızları da hakim olmaq üçün motivasiya edə bilərik. Onlara ehtiyacımız var, çünki hakimsiz futbol yoxdur. Bu səbəbdən hakimlərimizi hörmətlə dəstəkləmək və qorumaq lazımdır. Hakimlik liderlik, məsuliyyəti öz üzərinə götürmə, oyunçularla ünsiyyət qurma kimi bacarıqları gətirir. Bunlar gündəlik həyatımızda istifadə etdiyimiz və ehtiyac duyduğumuz bacarıqlardır. Bunu hər kəsə tövsiyə edirəm. Çünki hakimlik həyatınızı müsbət yöndə dəyişir".

F.D.Blekere Misli Premyer Liqasında hakimlərin qış fasiləsinə qədərki performanslarını qiymətləndirib:

"Mövsümün ilk hissəsində çox çalışan bir qrup gördüm. Başlanğıcda hakimlərin və VAR-ın qərarları arasında balans tapmaq vacib idi. UEFA-nın müdaxilə xəttini izlədik. Yəni hakim meydanda öz qərarlarını verməli, VAR-ı gözləməməlidir. VAR yalnız hakimin aşkar səhv etdiyi hallarda kömək edir. Hakimlər oyunlar zamanı məsuliyyəti öz üzərlərinə götürürlər, VAR isə yalnız lazım olduqda kömək edir. Referilərimiz daha çox özünəinam və oyuna nəzarət nümayiş etdirdilər. Meydanda qərar verən hakimdir, VAR deyil. Bu, mövsümün başlanğıc nöqtəsi idi. Həmçinin, irəliləyiş edən bir qrup da gördüm. Əlbəttə ki, mükəmməl olmaq mümkün deyil. Amma birlikdə məntiqli və anlaşılan qərarlar vermək üçün əlimizdən gələni edirik. Hər gün departament, fiziki hazırlıq üzrə məşqçilər və hakim-inspektorlarla birgə eyni fəlsəfə ilə işləyirik. Hakimlərin meydanda ən yaxşı performansı göstərmələri üçün çalışırıq. İndi isə mövsümün vacib ikinci hissəsinə hazırlaşmaq vaxtıdır. Biz hazır olacağıq. Hakimlər komandamıza güvənin. Sonda qarşıdan gələn bayramlarınızı təbrik edirəm!".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Oxşar xəbərlər