top
AFFA Hakimlər Komitəsinin mütəxəssisi: “Klubların müraciəti əsasən yeni qaydalarla bağlıdır” Report.az
20 dekabr 2024, 17:39
- ↺ +

AFFA Hakimlər Komitəsinin mütəxəssisi: “Klubların müraciəti əsasən yeni qaydalarla bağlıdır”

Klubların müraciəti əsasən yeni qaydalarla bağlıdır.

Bunu "Report"a açıqlamasında AFFA Hakimlər Komitəsinin mütəxəssisi Orxan Məmmədov klublara keçdiyi seminarlarla bağlı bildirib.

Sabiq hakim müraciət edənlərə UEFA-nın təlimatlarını çatdırdıqlarını söyləyib:

"Klubların müraciəti əsasən yeni qaydalarla bağlıdır. Yeniliklər, dəyişikliklər barədə onlara məlumat verməyimizi istəyirlər. Həmçinin Azərbaycan çempionatında bəzi epizodları da komandalara çatdırırıq. Qərarların hansı hallarda, nəyə görə verildiyini izah edirik. Yəni özümüzdən heç nə demirik. UEFA-nın təlimatlarında nə görmüşüksə, klublara çatdırırıq. Çünki məlumatlarımız nəyəsə əsaslanmalıdır".

O, seminarların keçirilməsi üçün klublar tərəfindən müraciət aldıqlarını vurğulayıb:

"Həmişə klublarımızı maarifləndirmək istəmişik. Çalışırıq ki, nəinki Azərbaycan çempionatında, beynəlxalq yarışlara çıxanda da problemlə üzləşməsinlər. Sadəcə, klublardakı vaxt məhdudiyyətinə görə bəzən boşluqlar olur. Amma adətən əksər vaxtlar klublar özləri müraciət ünvanlayırlar. Biz də canla-başla dəvətləri qəbul edirik. Ayrılan vaxt ərzində onlara ən kritik məqamlarla bağlı tələb olunan məlumatları çatdırmağa çalışırıq. Hansı hallarda sarı vərəqə ala bilərlər, nə zaman kapitanlar oyunçuların etiraz etməsinə imkan verməməlidir və sair kimi qaydaları onlara başa salmağa çalışırıq. UEFA-nın bizə göndərdiyi, həmçinin özümüzün Azərbaycan çempionatlarından hazırladığımız materialları təqdim edirik. Gördüyümüz problemləri də kliplərə daxil edirik. Futbol ictimaiyyətinin əksəriyyətinin bilmədiyi qaydaları izah edirik".

Mütəxəssis aşağı liqa təmsilçilərinin də bu seminarlara maraq göstərdiyini deyib:

"Premyer Liqa klublarının əksəriyyəti ilə görüşmüşük. Tam səmimi deyirəm, bu seminarlardan sonra aşağı yaş qruplarından ibarət komandaların məşqçiləri də müraciət etmək istəyirlər. "Səbail", "Qarabağ" klubları dəvət edib. Hətta "Neftçi"nin Yüksək Liqada oynayan qadın komandasına da seminar keçmişəm. Klubların marağı böyükdür. Özləri də görürlər ki, bir çox dəyişikliklərdən xəbərləri yoxdur. Onları qınamıram. Bu barədə məlumatlandırılmalıdırlar. Müraciətlərin sayı çoxalır. Hətta aşağı yaş qrupları üzrə liqalardan da maraq göstərirlər. I Liqa klublarının hamısı olmasa da, 30-40 faizinin müraciəti əsasında onlara seminarlar keçmişik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Oxşar xəbərlər