AFFA Gənclər Liqasının qalibi müəyyənləşib.
"Report" xəbər verir ki, çempionun adına XXXVI turda aydınlıq gəlib.
"Sabah"ın U-19 komandası bu tur səfərdə "Zirə" ilə üz-üzə gəlib.
Binə qəsəbə stadionunda keçirilən matç birincilərin böyükhesablı qələbəsi ilə nəticələnib – 4:0.
"Sabah"ın qollarını Stefen Ende (2), Anar Hüseynov və Anar Cəbiyev vurublar.
Bu qələbə ilə xallarının sayını 89-a çatdıran komanda mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.