AFFA-nın bayrağı altında təşkil edilən liqalarda oyunlar təxirə salınıb. Sport24.az xəbər verir ki, qeyri-sabit hava şəraiti səbəbindən assosiasiya rəhbərliyi U-15, U-16, U-17 və Gənclər Liqasında həftəsonu keçirilməsi planlaşdırılan oyunları başqa vaxta keçirilməsinə qərar verib.
Qeyd edək ki, iki gün əvvəl AFFA aşağı yaş qruplarının da oyunlarının təxirə salınması ilə bağlı qərar qəbul etmişdi.