AFFA İntizam Komitəsi U-15 Liqasında baş tutmuş "Metak" - "Səbail" oyununda yaşananlara görə 9 futbolçu və 1 baş məşqçini cəzalandırıb.
"Report"un məlumatına görə, oyunçuların hamısı təcavüzkar davranışa görə diskvalifikasiya ediliblər.
"Metak"ın baş məşqçisi Mehman Səfərov isə hakimləri təhqir etdiyinə görə cəzasının üzərinə 5 matç əlavə edilib.
"Metak"dan Seyfəddin Heydərova, Amir Tahirova, Seyid Davidova, Əli Zamanova, "Səbail"dən Nizami Hüseynliyə, Hüseyn Hüseynliyə, İlkin Mikayılova, Hüseyn Saracevə və Raul Nəsirliyə qırmızı vərəqə aldıqları üçün 4 oyunluq cəza tətbiq olunub.