top
AFFA – Azərbaycan Futbolunu Fəlakətə Aparanlar! İdman.biz
20 noyabr 2024, 11:18
- ↺ +

AFFA – Azərbaycan Futbolunu Fəlakətə Aparanlar!

Sərlövhəni oxuyub etiraz edənlər də ola bilər: Niyə "Aparanlar" axı? Məgər fəlakət belə olmur? Məgər artıq gətirməyiblər ki fəlakətə? İcazə verin razılaşmayım. Çünki hər irihesablı məğlubiyyətdən, hər fiasko ilə başa çatan seçmə mərhələdən sonra eynisini düşünmüşük. Düşünmüşük ki, artıq tam bataqlığın dibinə çatdıq. Həm biz çatdıq, həm də AFFA. Bundan betəri ola bilməz. Amma bir müddət keçib, yanıldığımızı anlamışıq. Sən demə AFFA-nın "qüdrətinin" tam miqyasını və "nəhəngliyini" dəyərləndirə bilməmişik…

Bu gün də eyni hissləri birgə yaşayırıq. Fəlakət yox, fəlakətlər toplusu üzərimizə qar dağı kimi düşdü. 1. Millətlər Liqasında ən aşağı "D" liqasına yuvarlandıq. 2. SSRİ dönəmində Azərbaycanı təmsil edən "Neftçi" güclülər dəstəsində Ukrayna, Gürcüstan, Rusiyanın aparıcı klublarını Bakıda "kötəkləyəndə" 2-ci liqada "sürünən", 1969-1982-ci illər arasında SSRİ çempionatlarında ümumiyyətlə peşəkar klubla təmsil edilməyən yeganə respublika olan Estoniya sözügedən seçmə mərhələdə bizi geridə buraxdı. 3. Azərbaycan yığması ilk dəfə Millətlər Liqasını qalibiyyətsiz başa vurdu 4. Sözügedən turnirdə hələ indiyə qədər belə bərbad top fərqimiz olmayıb. Belə ki, 6 görüşdə rəqib qapılarına cəmi 3 dəfə yol tapmışıq (orta hesabla 1 oyuna 0,5 qol). Əvəzində qapımıza 17 (!) qol vurulub (hər oyunda 2,83). 5. Bizi "C" liqasında San-Marino (dağılasan, ay AFFA) əvəzlədi!!!

Adam bu statistikaya, millimizin dünənki İsveçlə oyununa (hərçənd buna nəsə başqa ad verilməlidir, çünki "futbol" adına qara ləkədir) baxdıqda istər-istəməz düşünür ki, yox e, daha bu, son olacaq. Bu biabırçılıqdan sonra futbol təsərrüfatımızda nə isə dəyişəcək. Məsələn, AFFA-nın o dəbdəbəli binasında rahat kreslolarda, isti kabinetlərdə oturanlarda hansısa bir möcüzə nəticəsində vicdan oyanacaq. İsveçdəki 0:6 rüsvayçılığının sonunu rəsmiləşdirən hakimin final fitindən sonra bu insanlar, de-yure azərbaycanlı sayılanlar səhərə qədər yata bilməyəcəklər, yataqlarında ora-bura vurnuxub, mətbəxdə siqareti siqaretə calayaraq səhərin nə üçün belə gec açılmasına qəzəblənəcəklər, günəş doğar-doğmaz isə taksi sifariş edib iş yerlərinə tələsəcəklər. Tələsəcəklər ki, hamılıqla ərizə yazıb istefaya getsinlər və qəbahətlərinin, qələtlərinin nəhəngliyini başa düşərək həyatlarının sonuna qədər bir daha nəinki "futbol" sözünü, ümumiyyətlə "F" hərfi ilə başlayan sözləri ağızlarından çılxarmasınlar. Amma… Mən də, siz də, elə bütün Azərbaycan da bilir ki, bu, baş verməyəcək. Əlləri ilə, ayaqları ilə, dişləri ilə kreslodan yapışacaqlar, min bir yalan danışıb min bir cildə girəcəklər. Bəli, cildə girəcəklər, amma yerə girməyəcəklər. Dünən o biabırçılığı izləyərkən minlərin, milyonların minlərlə dəfə təkrarladığı "yerə girəsiz elə!" duası bu dəfə də qəbul olmayacaq. Çünki həya, vicdan, abır, həya – bunları AFFA binasında aramaq Saxara səhrasında qütb ayısı axtarmaq kimi bir şeydir. Hətta Saxarada bəlkə nə zamansa bu nadir heyvana rast gələ də bilərik. Amma AFFA-da şanslarımız sıfıra bərabərdir.

İndi oturub Santuşun ünvanına nə isə deməyin də yeri yoxdur. Qoca neyləsin? Çağırıblar, pul təklif ediblər, o da razılaşıb. O da inşandı axı. Anlayır ki, artıq karyerası bitib, onu hər hansısa adlı-sanlı nə kluba, nə də milliyə dəvət edəcəklər. Niyə də son şansından yararlanmasın? Əslində günah pul verəndədir, AFFA-da. Lakin bir məsələ də var ki, pul verən öz cibindən vermir. Dövlətin, bizim cibimizdən ötürür Santuşa. Pul demişkən. Məsələn, millinin hər uduzduğu oyuna görə bu futbol başbilənlərini maddi olaraq cəzalandırsaydılar, bəlkə də vəziyyət nisbətən yaxşı olardı.

Hələliksə… Heç nə. Hansısa bir nəhayətsizlik, çarəsizlik çöküb hər bir futbolsevərin qəlbinə. Adam sadəcə inana bilmir. Damarında azərbaycanlı qanı axanların bu qədər vicdansızlıq edəcəyini təsəvvür etmək çətindir. İndiki vəziyyətdə isə… Azərbaycan futbolu ÖLÜB! Vəssalam. Tam yeni adamlar gəlməlidir. Federasiya tam tərkibdə dəyişməlidir. Və futbolumuzu özüldən qurmağa başlamalıyıq. Bu gün başlasaq, bəlkə 10 ildən sonra bəhrəsini görə bildik. Hələliksə AFFA-nın – Azərbaycan Futbolunu Fəlakətə Aparanların dövrü davam edir. Nə vaxta qədər? Onlara bir "dur!" deyən tapılacaqmı? (İnsanoid.com).

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Futbol
Dünən, 23:09

“Atletiko”da Ademola Lukman üçün təlim kampı

Futbol
Dünən, 23:06

Rüfat Abdullazadə ilə Ironi Kiryat‑Smona Hapoel Haifayı 2‑0 məğlub etdi

Digər
Dünən, 22:54

Dünya Atletikası 2026-ci İlin Ədalətli Oyun Mükafatının Finalçılarını Açıqladı

Futbol
Dünən, 22:39

Rüfət Abdullazadə ilə Kiryat Şmona 2:0 Hapoel Hayfaya qalib gəldi

Qarabağ FK
Dünən, 22:32

“Kəpəz” rəhbərliyi Vətən müharibəsi veteranları ilə Zəfər Günündə görüşüb

Futbol
Dünən, 22:29

Harri Keyn Bundesliqada ilk doqquz matçda 8 assistlə rekord qırdı

Futbol
Dünən, 22:06

"Arsenal" 10-cu turda Hallı 1:0 məğlub etdi, 27 xal topladı – tarixində ikinci dəfə

Oxşar xəbərlər