top
AFFA Apellyasiya Arbitraj Tribunalı Xıdırlı və Qobu komandalarının şikayətlərinə baxıb Sport24.az
12 yanvar 2026, 11:46
- ↺ +

AFFA Apellyasiya Arbitraj Tribunalı "Xıdırlı" və "Qobu" komandalarının şikayətlərinə baxıb

AFFA Apellyasiya Arbitraj Tribunalı Region Liqasında mübarizə aparan iki komandanın şikayətinə baxıb. Sport24.az AFFA-ya istinadən xəbər verir ki, "Xıdırlı"nın şikayəti qismən təmin edilib, "Qobu"nun cəzası qüvvədə saxlanılıb.

 

"Xıdırlı" Futbol Klubunun (Region Liqası) "Xıdırlı" FK – "Viləş" PFK oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:

 

1. "Xıdırlı" Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.

 

2. 21 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən "Xıdırlı" FK – "Viləş" PFK oyununun 45+1-ci dəqiqəsində "Xıdırlı" komandasının 8 nömrəli futbolçusu Rəsul Hacıyev rəqibə fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyuna buraxılması və həmin oyunun 45+1-ci dəqiqəsində "Xıdırlı" komandasının azarkeşlərinin meydançaya daxil olub rəqib futbolçulara fiziki təzyiq göstərdiyinə görə "Xıdırlı" komandasının növbəti 2 oyunu öz azarkeşləri olmadan keçirməsi barədə İntizam Komitəsinin 26 dekabr 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.

 

3. Apellyasiya Arbitraj Tribunalı tərfindən aparılmış araşdırmalara əsasən, İntizam Məcəlləsinin 10, 34, 99 və 100-cü maddələri əsas götürülməklə "Xıdırlı" Futbol Klubunun  təqsiri olmadığı müəyyən edilsin və 21 dekabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən "Xıdırlı" FK – "Viləş" PFK oyununda azarkeşlər meydana daxil olaraq rəqib oyunçulara fiziki təzyiq göstərdiyi, nəticədə təhlükəsizlik tam təmin olunmadığına görə oyun yarımçıq dayandırıldığı üçün "Xıdırlı" FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilməsi barədə İntizam Komitəsinin 21 dekabr 2025-ci il tarixli qərarı ləğv edilsin.

 

4. Apellyasiya Arbitraj Tribunalının Əsasnaməsinin 2.1.1-ci maddəsinə əsasən "Xıdırlı" FK – "Viləş" PFK arasında olan oyunun ikinci hissəsi yenidən və neytral stadionda keçirilsin.

 

5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

 

"Qobu" Peşəkar Futbol Klubunun (Region Liqası) "Crystal" FC – "Qobu" PFK oyunu ilə bağlı verilən qərardan şikayətə baxılmasına dair:

 

1. "Qobu" Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.

 

2. 29 noyabr 2025-ci il tarixində AFFA Region Liqasında keçirilən "Crystal" FC – "Qobu" PFK oyunu bitdikdən sonra "Qobu" PFK komandasının heyətində N10 futbolçu Emin Əlicanov təcavüzkar davranışa (rəqibi əli ilə vurduğuna), eyni zamanda hakimlərə fiziki təzyiq göstərdiyinə görə qırmızı vərəqə ilə cəzalandırıldığı üçün növbəti 10 (on) oyuna buraxılmaması barədə İntizam Komitəsinin 4 dekabr 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.

 

3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər