AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, xoşagəlməz hadisələrə hüquqi qiymət verən qurum klubları cəzalandırıb.
"Neftçi" ilə matçda 6 futbolçusu sarı vərəqə alan "Sumqayıt" 700 manat cərimə edilib. "Araz-Naxçıvan"la görüşdə 4 oyunçusu xəbərdarlıq alan "Səbail"in də cəriməsi də eyni olub.
Belə cərimə "Şamaxı" – "Turan Tovuz" oyununda hər iki komandaya tətbiq edilib. "Şamaxı" 4, "Turan Tovuz" 5 futbolçusu sarı vərəqə aldığına görə 700 manat cərimələnib.