"Milan" Fransa millisinin üzvü Adrien Rabio üçün hərəkətə keçib. Sport24.az xəbər verir ki, "rossonyerlər" "Marsel"in yarımmüdafiəçinin keçidini bu yay həll etmək niyyətindədir.
Fransa klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədər olan Rabio İtaliyaya qayıtmağa hazırdır.
Amma "Milan" oan görə 2 milyon avro ödəməlidir. O, bu mövsüm Liqa 1-də 29 matçda 9 qol vurub, 4 asist edib.
O, əvvəllər PSJ, "Tuluza" və "Yuventus"da oynayıb.