top
Adil Şükürovun Kəpəzə qayıdışı, hədəfləri və transfer planları - MÜSAHİBƏ Idman.biz
16 iyun 2025, 17:16
- ↺ +

Adil Şükürovun "Kəpəz"ə qayıdışı, hədəfləri və transfer planları - MÜSAHİBƏ

"Kəpəz"in baş məşqçisi Adil Şükürovun futbolinfo.az saytına müsahibəsi

– "Kəpəz"ə qayıdışınız necə baş tutdu? Son mövsümün əvvəlində həmin postu tərk etdiyinizi nəzərə alsaq, təklifə "hə" deyərkən heç tərəddüd etdinizmi?

– "Kəpəz" mənim üçün dəyəri böyük olan bir klubdur və bu klub bir çox məşqçilər üçün böyük futbol məktəbidir. Bu klubda çalışmış məşqçilər üçün öyrəndikləri gələcək karyeralarında olan yüksəliş yolunun başlanğıcıdır. "Kəpəz"dən gedişim isə klubun Premyer Liqada qalmasına hesablanmış bir addım idi. Bu barədə o vaxt klub rəhbərliyi və azarkeşlərlə görüşdə də bildirmişdim.

– "Kəpəz"in son illərdə hədəfi Premyer Liqadakı yerini qorumaq olurdu. Növbəti mövsümdə isə klubun iddiasının artacağı gözlənilir. Rəhbərlik qarşınıza növbəti sezonla bağlı konkret hansı hədəfi qoyub?

– Yeni "Kəpəz" üçün hədəf inkişaf yoludur. İnkişaf deyildikdə isə rəqabətədavamlı komanda formalaşdırmaq və bacardıqca çempionatda yüksək yerlərdə qərarlaşmaq nəzərdə tutulur.

– Növbəti mövsümdən çempionatda legioner limiti olmayacaq. Bu qərar sizin də planlarınıza təsir edəcəkmi? Yəni yeni sezonda "Kəpəz"in də heyətinin əsasını əcnəbilər təşkil edəcək?

– Limit ləğv olunduqdan sonra bütün komandalarda güc əsasən legioner oyunçuların üzərinə düşəcək. Biz də bu durumda yerli və legioner futbolçulardan ibarət rəqabətə dayanıqlı komanda formalaşdırmağa çalışırıq. Təbii ki, burada klubun imkanları da nəzərə alınmalıdır və buna uyğun da işlər qurulacaq.

– Hansı mövqelərlə bağlı narahatlığınız var? Hansı mövqeləri gücləndirmək fikrindəsiniz?

– Qeyd etdiyim kimi, limit ləğv olunduqdan sonra əksər klublarımızda güc daha çox legioner futbolçuların üzərinə düşəcək. "Kəpəz"də də bu baxımdan işlər aparırıq ki, komandanı planlaşdırdığımız səviyyəyə çatdıraq.

– "Kəpəz"in yeni mövsümə hazırlıq planı bəllidirmi? Komanda ölkə xaricində toplanış keçəcək?

– İnşallah, hazırlığa iyun ayının sonlarında başlamağı planlaşdırırıq. Hazırlıq planı tam müəyyənləşdikdən sonra bu barədə məlumat verə bilərəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 01:06

KazChess Masters turnirində reytinq favoriti Məhəmməd Muradlı ilk iki turda məğlubiyyətlərlə təəccübləndirir

Futbol
Bu gün, 00:56

Ançelotti Braziliya milli futbol heyətini açıqladı, Vinisius Junior və Endrik dəvət aldı

Şahmat
Bu gün, 00:37

İstanbul 2026‑da Şahmat Rapid və Blits Dünya Çempionatına Ev Sahibliyi Edəcək

Cüdo
Bu gün, 00:23

UFC Vegas 124 əsas döyüşü dəyişdi: Şon Bredi zədələnib, yerini Qabriel Bonfim alacaq

Futbol
Bu gün, 00:09

Cristiano Ronaldo 985 qol vurdu, 1000 qol hədəfinə daha 15 qol qalıb

Futbol
Dünən, 23:49

Mançester Yunayted 29 yaşlı hücumçunu izləyir

Futbol
Dünən, 23:34

Barselona qış transferlərində müdafiə xəttini gücləndirmək üçün Yoşko Qvardol, Bastoni, Lisandro Martines və Natanı hədəfləyir

Basketbol
Dünən, 23:24

Gəncə basketbol klubu Avropa Kubokunda qazandığı qələbəni ölkə çempionatında da davam etdirməyə çalışır

Futbol
Dünən, 23:21

Gəncəbaşar 90% heyət dəyişdirərək Xankəndini 3:2 məğlub etdi

Futbol
Dünən, 23:07

Arsenalın apelyasiya şikayəti rədd, 16 yaşlı futbolçu üç oyunluq diskvalifikasiya edildi

Cüdo
Dünən, 22:56

Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri açıqlanıb

Gimnastika
Dünən, 22:45

Tofiq Əliyev: Dünya çempionatı üçün hazırlıq tamam, Çinə yola düşürük

Futbol
Dünən, 22:37

Vensan Kompani sağlamlıq problemləri səbəbindən “Bavariya”nın üç oyununu qaçıracaq - qayıdış tarixi hələ məlum deyil

Futbol
Dünən, 22:19

Azərbaycan U-15 Milli Yığması Vyetnamla məğlub oldu

Cüdo
Dünən, 22:11

Balabəy Ağayev qızıl medalı qazandıqdan sonra hələ də inana bilmir

Formula 1
Dünən, 22:03

Qətər və Əbu-Dabi Qran-priləri Formula-1-də ləğv oluna bilər

Cüdo
Dünən, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Dünən, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Dünən, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Dünən, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Dünən, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Dünən, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Dünən, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Dünən, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Oxşar xəbərlər