top
Adil Şükürov: Uğursuz Start Bizim üçün Şok Oldu Idman.biz
05 sentyabr 2025, 10:43
- +

Adil Şükürov: Uğursuz Start Bizim üçün Şok Oldu

"Kəpəz"in baş məşqçisi Adil Şükürovun Sport24.az-a müsahibəsi

- İlk 3 turda alınan məğlubiyyətlər heç şübhəsiz ki, planlarınıza daxil deyildi. Çempionatda yaranan fasilədə yəqin ki, məşqçilər korpusu ilə uğursuzluq ətrafında müzakirələr aparmısınız. Səbəbi və ya səbəbləri nədə görürsünüz?

- Çempionata uğursuz start verməyin futbolçulara, rəhbərliyə çox böyük təsiri var. Hər kəs çalışacaq bu vəziyyətdən birlikdə çıxaq və durumu dəyişək. Yaranmış fasilə zamanı məşqçilər heyəti ilə çıxış yolunu axtarmağa çalışacağıq. Düşünürəm, bu fasilə ərzində komandanı toparlaya bilərik. Açıq deyim, komanda ciddi gecikmə ilə yığıldı. Son "Zirə" ilə matçdan əvvəl iki yeni futbolçu komandaya qoşuldu. Səbəb dedikdə də məhz ümumi seleksiya işlərində həddən artıq gecikməmiz çıxışımıza olduqca böyük təsir göstərdi. Bunun nəticəsidir ki, ilk turlarda çox uğursuz çıxış etdik.

- Belə çıxır ki, hadisələrin bu cür axarına hazır idiniz?

- Deməzdim ki, keçirilən 3 oyuna bu cür nəticələri proqnozlaşdırmaq olardı. Bu, bizim özümüz üçün də şok effektli yaratdı. Daha uğurlu start gözləyirdik. Bunun üçün komanda tez toplanmalı idi. Bu da öz təsirini göstərdi.

- Transferlər niyə gecikdi?

- Çox təəssüf ki, ilkin versiyada mənə təklif olunan və bəyəndiyim futbolçular gətirilmədi. Demirəm ki, indiki heyəti bəyənmirəm. Ancaq fakt budu ki, Premyer Liqa klubları seleksiya işini bitirib məşq keçən vaxt biz transfer üzünə həsrət idik. Mənə deyilən tarixdə günlərlə təhlil edib gəlməsinə "hə" dediyim futbolçular gətirilmədi. Dolayısı ilə, biz seleksiya işini iki dəfə apardıq və bunun acısını hələ də çəkirik.

- İki gün əvvəl klub rəhbərliyi ilə görüşünüz baş tutdu. "Kəpəz"in saytında yerləşdirilən mətn bir qədər müəmmalıdı. Qarşınıza növbəti 3 tur üçün konkret neçəsə xal toplamaq məqsədi qoyulub?

- Rəsmi məlumatı şərh etmək istəmirəm. Bütün hallarda, vəzifəmiz vəziyyəti düzəltməkdi. Bunun üçün də səylərimizi əsirgəməyəcəyik.

- Necə düşünürsünüz, yaranmış durumdan çıxmaq nə dərəcədə realdı? Bunun üçün hansı addımları atmaq niyyətindəsiniz?

- İndiki durumda daha çox çalışmalı, komanda olmaq lazımdır. Biz məşqçilər olaraq komandamıza güvənirik, inanırıq. Heyəti biz yığmışıq və bu futbolçularla hədəfə çatacağımıza inanırıq. İndiki duruma komanda olaraq düşmüşük, komanda olaraq da çıxmalıyıq.

- Və sonda, yeni transferlər gözlənilirmi?

- Bəli, yeni transferlər gözlənilir. İnşallah, yaxın günlərdə futbolçu tapsaq, elan edəcəyik. Hələ ki, izləyirik.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:31

FIFA Malayziyalı oyunçulara tətbiq olunan sanksiyaları dəyişmədi: Siyahıda "Sabah"ın sabiq oyunçusu da var

Futbol
Bu gün, 11:20

FİFA Malayziyalı yeddi futbolçuya tətbiq olunan sanksiyaları qüvvədə saxladı

Voleybol
Bu gün, 11:18

Azərbaycan kişi voleybol millisinin baş məşqçisi Boris Qrebennikov oldu

Futbol
Bu gün, 11:03

Kevin De Bruyne əməliyyat keçirdi: "Qayıdışım artıq başlayıb" - FOTO

Futbol
Bu gün, 11:00

Ceyhun Sultanov "Neftçi"nin oyunları və "Qarabağ"la qarşılaşması haqqında danışdı

Futbol
Bu gün, 10:50

Vüqar Nadirov: "Qarabağ" top klublara qarşı rahat oynamaq gücündədir

Futbol
Bu gün, 10:40

KuPS Finlandiya çempionu oldu (Ardıcıl ikinci, ümumilikdə səkkizinci dəfə)

Futbol
Bu gün, 10:24

"Sports Mole" "Çelsi"nin "Qarabağ"la oyununda gözlənilən start heyətini açıqlayıb

Futbol
Bu gün, 10:09

"Bavariya" Paris polisinin azarkeş məhdudiyyətləri ilə bağlı qərarına görə UEFA-ya şikayət edib

Futbol
Bu gün, 10:00

Premyer Liqada X Tur Oyunlarına Ümumilikdə 10720 Azarkeş Gəlib, Ən Çox İzləyici "Turan Tovuz" - "Şamaxı" Matçında Qeydə Alınıb

Futbol
Bu gün, 09:54

Xabi Alonso Adam Uortonun transferində israrlıdır: "Real Madrid" gənc yarımmüdafiəçini Krosun varisi görür

Basketbol
Bu gün, 09:52

"Los-Anceles Leykers" klubu rekord qiymətə satıldı

Futbol
Bu gün, 09:40

Çempionlar Liqası: "Liverpul" - "Real", PSJ - "Bavariya" və turun digər oyunları

Cüdo
Bu gün, 09:39

Kənan Nəsibov: Avropa çempionluğu, rəqabət və gələcək hədəflər - MÜSAHİBƏ

Futbol
Bu gün, 09:24

UEFA Çempionlar Liqasının IV turu: Oyunlar və təyinatlar

Futbol
Bu gün, 09:20

Xabi Alonso "yeni Kroos"u "Real"da görmək istəyir

Voleybol
Bu gün, 09:09

Azərbaycan voleybol və futzal yığmaları İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayır

Voleybol
Bu gün, 09:09

Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında mübarizəyə başlayır

Futbol
Bu gün, 09:00

"Bavariya" Paris polisinin azarkeşlərə qoyduğu məhdudiyyətlərə görə UEFA-ya etiraz edib

Futbol
Bu gün, 08:40

"Şaxtyor" Arda Turanı istefaya göndərməyi planlaşdırmır

Futbol
Bu gün, 08:20

Vissam Ben Yedder və qardaşı cinsi təcavüzdə ittiham olunur

Tennis
Bu gün, 08:12

Arina Sabalenka 2025-ci ili dünyanın 1 nömrəli tennisçisi kimi başa vurduğuna görə brilyantlarla bəzədilmiş kubok qazanıb - FOTO

Futbol
Bu gün, 08:00

"Barselona"nın Haaland üçün Dani Olmo və kompensasiya təklifi

Tennis
Bu gün, 07:11

Novak Cokoviç Yunanıstana köçmə səbəbini açıqlayıb

Oxşar xəbərlər