top
Adil Şükürov: Rəhman Hacıyevin komandadan getməsi gündəmdə deyil Idman.biz
06 yanvar 2026, 13:29
- ↺ +

Adil Şükürov: Rəhman Hacıyevin komandadan getməsi gündəmdə deyil

"Əgər Premyer Liqa barədə düşünürüksə, komandada bütün mövqelərdə sağlam rəqabət olmalıdır. Hansı futbolçular üstünlüklərini göstərəcəklərsə, meydançada da daha çox şans qazanacaqlar".

Bu sözləri "Səbail"in baş məşqçisi Adil Şükürov deyib.

Mütəxəssis Rəhman Hacıyevin komandadan ayrılması ilə bağlı yayılan iddialara da aydınlıq gətirib. Onun sözlərinə görə, Rəhman Hacıyevin gedişi gündəmdə deyil.

"R.Hacıyevin komandadan ayrılma ehtimalı yoxdur. Komandamız onun təcrübəsi ətrafında formalaşıb. Sabahdan etibarən məşqlərə başlayırıq və hər hansı gedişdən söhbət gedə bilməz", - deyə futbolinfo.az-a açıqlamasında deyib.

A.Şükürov qarşıya konkret Premyer Liqa hədəfinin qoyulduğunu vurğulayıb:

"Qarşımıza dəqiq vəzifə qoyulub və bu istiqamətdə lazım olan addımları atmağa çalışırıq. Təbii ki, bunun üçün maliyyə dəstəyi də vacibdir. Klub rəhbərliyi ilə müzakirələr aparmışıq və maliyyə imkanları daxilində müəyyən məsələləri həll etmişik".

Baş məşqçi Birinci Liqa ilə Premyer Liqa arasındakı fərqlərə də toxunub:

"Birinci Liqada oynanılan futbol elitadan xeyli fərqlənir. Bu liqanın özünəməxsus xüsusiyyətləri var. Komandaya cəlb etməyi düşündüyümüz futbolçuların əksəriyyəti bu liqada çıxış edib. Buna görə də onların sistemimizə uyğunlaşması müəyyən vaxt tələb edə bilər. Bu kimi problemlərlə üzləşməmək üçün çalışırıq ki, məsələləri qısa zamanda həll edək".

Sonda A.Şükürov heyətdə böyük dəyişikliklərin gözlənilmədiyini bildirib:

"Komandamızda Premyer Liqa təcrübəsi olan futbolçular var və biz onların təcrübəsindən maksimum yararlanmaq niyyətindəyik. Qış fasiləsində köklü dəyişikliklər etmək istəmirik, çünki bu, zaman tələb edir. Bizim isə kifayət qədər vaxtımız yoxdur. Amma bu, fasiləni boş keçirdiyimiz anlamına gəlmir. Komandanı bir neçə mövqedə gücləndirmək istəyirik. Hazırda bəzi futbolçularla danışıqlar aparılır. Məsələlər dəqiqləşdikdən sonra adları açıqlayacağıq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:29

“Roma” Ermosonun maaşını azaltaraq müqaviləni uzatmaq istəyir

Şahmat
Bu gün, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Bu gün, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Bu gün, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Bu gün, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Bu gün, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Bu gün, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Bu gün, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Bu gün, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu Rüfət Quliyev: “Neftçi” bu mövsüm çempion olacaq

Oxşar xəbərlər