top
Adil Şükürov: Məqsəd Premyer Liqaya qayıtmaqdır Sport24.az
01 dekabr 2025, 16:00
- ↺ +

Adil Şükürov: "Məqsəd Premyer Liqaya qayıtmaqdır"

Birinci Liqada mübarizə aparan "Səbail"in baş məşqçisi jurnalistlərin suallarını cavablandırıb. Sport24.az Futbolxeber.az-a istinadən müsahibəni təqdim edir.

 

- Artıq "Səbail"in yeni baş məşqçisiniz. Təyinatınızla bağlı təəssüratlarınız necədir?

- Yaxşıdır. "Səbail"i komanda olaraq izləmişik. Komandanın turnir cədvəlindəki mövqeyi pis deyil. Lakin daha yaxşı nəticələr qazanmaq lazımdır. Bizim də məqsədimiz görülən işin davamını gətirməkdir. Rəhbərliyə təşəkkür edirəm ki, mənə güvəndilər. Mən də onların inamını doğrultmaq üçün əlimdən gələni edəcəm.

 

- Komandadakı futbolçuların potensialını necə dəyərləndirirsiniz?

- Heyətdəki futbolçuların çoxunu tanıyıram. Əksəri ilə daha əvvəl bir yerdə çalışmışıq. Tanımadıqlarımız da var. Onların da nəyə qadir olduğunu qısa müddətdə görəcəyik.

 

- "Səbail"in məqsədi bəllidir. Sadəcə istərdik bir də sizdən eşidək...

- Təbii ki, məqsəd mövsümün sonunda Premyer Liqaya qayıtmaqdır. Daha sonra isə yenidən Premyer Liqada möhkəmlənməyi və uğurlu çıxış etməyi hədəfləyirik.  

 

- 9 turdan sonra "Səbail" I Liqada ən az top buraxan komanda olsa da, vurulan qolların sayına görə 10 kollektiv arasında 8-cidir. Demək olar ki, əsas problem hücumdadır?

- Bəli, statistika baxımından elə görünür. Hücum xəttindəki problemlərin üzərində çalışacağıq. Bu çatışmazlığı aradan qaldırmaq üçün üzərimizə ağır yük düşür. Ümumiyyətlə, həm hücumda, həm müdafiədə daha effektli olmalıyıq.

 

- Lider "Şəfa" ilə xal fərqi 5-dir. Çempionluq baxımından bu məqam sizi narahat etmir?

- Çempionatda yalnız bir dövrə geridə qalıb. Qarşıda hələ 18 tur var. Xal fərqi 5 olsa da, "Şəfa" ilə hələ iki dəfə üz-üzə gələcəyik. Yəni hər şey komandanın öz əlindədir. Hər matça köklənməli və xal fərqini azaltmalıyıq. Şansımız var.

 

- İlyarımlıq müqaviləyə imza atdınız. Bunu rəhbərliyin sizə, sizin də komandanı Premyer Liqaya yüksəldəcəyinizə olan inam kimi dəyərləndirmək mümkündür?

- Bəli. Rəhbərliklə ilkin danışığımız bunun üzərində qurulmuşdu. Rəhbərlik o inamı bizə verdi. Biz də güvəni doğrultmaq üçün əlimizdən gələni edəcəyik.

 

 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 03:07

Bakı U-15 Dünya Çempionatında 13 min porsiya yemək və 950 oyun: FIFA rekord pərdəarxasını açıqladı

Digər
Bu gün, 02:33

“Liverpul” və “Mançester Siti” penaltilərlə qalib gəldi, “Bornmut”, “Kristal Palas” və “Sanderlend” 1/4 finala vəsiqə qazandılar - VİDEO

Digər
Bu gün, 02:27

İngiltərə Liqa Kuboku: "Liverpul" 1/8 finalda "Çelsi"ni məğlub edib;

Futbol
Bu gün, 01:59

Bavariya və Bayer Almaniya Kubokunda Qələbə Qazanır

Digər
Bu gün, 01:28

Qonsalu Ramuş PSJ-dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Digər
Bu gün, 01:09

“Milan”ın məğlubiyyətindən sonra A Seriyasında yalnız üç yenilməz komanda qaldı

Qarabağ FK
Bu gün, 00:51

Rəşad Sadiqov: “Təhsil və sıx oyun proqramı futbolçularımızı yorur, bəzi hallarda dərsdən dərhal sonra məşqə gəlirlər”

Digər
Bu gün, 00:41

“Espanyol”un yeni baş məşqçisi müəyyənləşdi

Qarabağ FK
Bu gün, 00:23

“Qarabağ” Zaqreb “Dinamo”sunun futbolçuları üçün ziyafət təşkil etdi

Gimnastika
Bu gün, 00:09

Bakıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatları başa çatdı

Futbol
Dünən, 23:47

Manchester Uniteddə ciddi itki – Benjamin Şeşkonun uzun müddətə geri qayıtmaması

Futbol
Dünən, 23:32

A Seriyası: Bologna Milanı 4:2 məğlub etdi, Inter Venezia’yı 2:0 avtoqollarla qazandı

Digər
Dünən, 23:19

FIFA dünya çempionatından rekord gəlir əldə edib - 3,8 milyard funt sterlinq

Digər
Dünən, 23:05

“Barselona”nın sabiq futbolçusu etiraf etdi: “Depressiyaya düşmüşdüm”

Digər
Dünən, 22:31

Roy Kin “Mançester Yunayted”ə Sulşerin köməkçisi kimi qayıda bilərmiş

Digər
Dünən, 22:25

“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov

Futbol
Dünən, 22:16

PSJ, Bayer Leverkusen futbolçusu İbrahim Mazanı transfer etmək istəyir

Futbol
Dünən, 22:14

Azər Məmmədov: Gəncə azarkeşləri və gənc futbolçularla Baku Sportinq qarşısında qalib gəldik

Digər
Dünən, 21:56

Azərbaycan karateçiləri dünya kubokunda bir gümüş və iki bürünc medal qazanıb

Futbol
Dünən, 21:47

Harri Keynin həyat yoldaşı, 2026 Qızıl Top qazanmasını təbrik etdi

Digər
Dünən, 21:34

Bəxtiyar Soltanov: "Bu oyun gələcəkdə bizə çox şey verəcək"

Digər
Dünən, 21:26

Azər Məmmədov: “Daha çox gənc futbolçuya şans vermək istəyirdik”

Digər
Dünən, 21:01

FIFA nümayəndələri Bakıda fiziki tərbiyə müəllimləri üçün seminar keçiriblər - FOTO

Digər
Dünən, 20:57

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Oxşar xəbərlər