top
Adil Şükürov Kəpəzdəki dəyişikliklər, transferlər və komandanın gələcək planları haqqında danışdı Idman.biz
21 avqust 2025, 13:23
- ↺ +

Adil Şükürov "Kəpəz"dəki dəyişikliklər, transferlər və komandanın gələcək planları haqqında danışdı

"Kəpəz"in baş məşqçisi Adil Şükürov klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, mütəxəssis komandanın durumunu dəyərləndirib və rəhbərlik dəyişikliklərinə münasibət bildirib.

- Adil müəllim, təxminən bir illik fasilədən sonra yenidən "Kəpəz"ə qayıtdınız. Əvvəlki "Kəpəz"lə indiki arasında hansı fərqləri görürsünüz?

- Yenidən bu böyük klubda olmaq çox qürurvericidir və məsuliyyətlidir. Yeni klub rəhbərliyinə təşəkkür edirəm ki, inanıb bu şansı mənə yenidən verdilər. İnşallah, mən də öz tərəfimdən onu deyə bilərəm ki, "Kəpəz"in daha yaxşı olması üçün bütün gücümlə çalışacağam. Bu mənim üçün bir prinsipdir və inşallah bu il "Kəpəz" əvvəlki olduğum dönəmin kollektivindən üstün olacaq. Bunun üçün başda sədrimiz Adil müəllim, eləcə də Fərman Əlizadə və idarə heyətinin digər üzvləri klubda istənilən imkanları təşkil ediblər. Futbolçuların inkişafı çox vacibdir və "Kəpəz"də də lazım olan şərait var. Komandanın bazası demək olar ki, tam olaraq əsas komandanın ixtiyarına verilib. Yaxın keçmişdə, mənim komandada olduğum dövrdə çox istəyirdim ki, məşqdən əvvəl və sonra komandanın qidalanması təmin olunsun. Komanda üzvləri mənim "Kəpəz"də oynadığım dövrlərdə olduğu kimi, əvvəlcədən bazaya gələrək otaqlarda istirahət edib məşqə çıxsınlar. Yeni rəhbərliyin gəlişindən sonra futbolçuların qidalanması təmin olunub. Komandanın bazada birlikdə daha çox vaxt keçirməsi kollektivin formalaşmasına səbəb olur. Bundan əlavə, sədrimiz bildirib ki, III MDB Oyunlarından sonra Akademiyanın məşq meydançalarında işıqlandırma işləri də həyata keçiriləcək.

- Kluba yeni rəhbərlik gəlib. Yeni rəhbərliyin fəaliyyətindən sonra hansı dəyişikliklər müşahidə olunur?

- Yeni rəhbərliyin gəlişindən sonra klubda olan hər kəs daha məsuliyyətli və nəticəyə yönəlik çalışmağa başlayıb. Sədrimiz "Kəpəz" komandasında çalışan hər kəsdən bunu tələb edir və bunun üçün klubda şərait formalaşdırıb. Klubda struktur dəyişikliyindən tutmuş, əsas komandaya verilən dəstəyə qədər hər şey təmin edilib. Akademiya məşqçiləri üçün də əlavə dəstək olunub. Biz də bunun qarşılığında daha çox çalışaraq rəhbərliyin klubda olan istəklərini həyata keçirəcəyik.

- Heyətin formalaşdırılması və futbolçuların seçim prosesi necə həyata keçirilir? Bu iş kimlər tərəfindən aparılır?

- Əsas komandanın futbolçularının seçilməsi məşqçilər heyəti tərəfdən aparılır. Gənc və yerli futbolçularla yanaşı, legioner oyunçuların sintezini formalaşdırmağa çalışırıq və bu prosesi davam etdiririk. Bu işdə İdarə Heyətinin üzvü Erkin İbrahimov bizə dəstək olur. Bəzi oyunçuların kollektivə qatılmasında gecikmələr oldu ki, bu da komanda oyununa təsirsiz ötüşmür. Bu da transfer məsələlərində normal haldır. Amma buna baxmayaraq, rəhbərliyin tapşırığını tam həyata keçirəcəyimə inanıram.

- Transfer pəncərəsinin sonuna hələ vaxt var. Yeni oyunçuların komandaya cəlb olunması planlaşdırılırmı?

- Bir neçə oyunçu ilə danışıqlarımız davam edir. Yaxın günlərdə bu məsələ də öz həllini tapacaq və ondan sonra biz çempionatda daha rəqabətədavamlı "Kəpəz" görəcəyik. Bunun üçün məşqçilər heyəti olaraq bütün gücümüzü sərf edirik. Sonda "Kəpəz" azarkeşlərinin, "Kəpəz"i sevənlərin gözləntilərini doğruldacağımıza tam inanıram.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Oxşar xəbərlər