top
Adil Şükürov: Bəzi futbolçular xoşagəlməz söz-söhbətlərə görə Kəpəzə gəlməkdən imtina edirlər Report.az
31 iyul 2025, 17:43
- ↺ +

Adil Şükürov: Bəzi futbolçular xoşagəlməz söz-söhbətlərə görə "Kəpəz"ə gəlməkdən imtina edirlər

"Kəpəz"in baş məşqçisi Adil Şükürov "Report"a müsahibə verib. Mütəxəssis klubun hazırkı vəziyyəti, keçirdiyi yoxlama oyunları və transferləri barədə danışıb. O, tez bir zamanda Gəncə kollektivini Premyer Liqaya layiqli şəkildə hazırlamaq istədiklərini deyib.

- Qəbələki hazırlıq necə keçir, təlim-məşq toplanışından razısınız?

- Hazırda əlimizdə olan futbolçularla davam edirik. Tam olaraq heyətə istədiyimiz futbolçuları dəvət edə bilmədiyimiz üçün müəyyən boşluqlar var. Ümumilikdə komandaya inamımız böyükdür, əhval-ruhiyyə yaxşıdır. Hər məşqdən-məşqə gücümüzü artırırıq. Lakin yeni transferlərə ehtiyac var ki, komanda çempionatda adına layiq çıxış etsin.

- Komandanın daxilində gedən söz-söhbətlər, rəhbərliyin işinə davam edib-etməyəcəyi ilə bağlı qeyri-müəyyənlik futbolçuların performansına nə dərəcədə təsir göstərir?

- Çalışırıq belə məsələlər futbolçulara təsir etməsin. Bizim işimiz meydandadır. Hər kəs öz üzərinə düşən məsuliyyəti dərk etməlidir. Təbii ki, belə məqamda ustalıq səviyyəsi yüksək olan futbolçulara ehtiyac var. Axtarışlarımız davam edir. İnanırıq ki, "Kəpəz"i daha yaxşı yerlərə daşıya biləcəyik.

- Qəbələdə iki yoxlama görüşü keçirdiniz. Yerli komandaya 0:2, "Şamaxı"ya isə 1:6 hesabı ilə uduzdunuz. Məğlubiyyətlərin səbəbini nədə görürsünüz?

- "Şamaxı"ya böyükhesablı məğlubiyyətdən sonra İdarə Heyətinin sədri Adil Vəliyevlə görüşümüz oldu. O, bizə öz dəstəyini göstərdi. Bu işlərdən məsul olan İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimova şəxsən tapşırdı ki, transfer prosesi uğurlu olsun. Bu məsələlərin tez həll olunmasının vacibliyini vurğuladı. Biz öz növbəmizdə onsuz da istəklə məşqlərə qatılırdıq. Bu söhbətdən sonra daha da ruhlandıq. "Şamaxı"ya qarşı keçirdiyimiz yoxlama oyunu istədiyimiz kimi alınmadı. Həmin matçda çox səhvlər buraxdıq. Çalışacağıq ki, öz üzərimdə işləyək və həmin problemləri aradan qaldıraq.

- Az əvvəl qeyd etdiyiniz görüşdə rəhbərliyin Erkin İbrahimovdan başqa hansı tələbləri oldu?

- Əsas məsələ transferlərlə bağlı idi ki, bu işdə yanılmayaq. Bilənlər bilir, Azərbaycanda futbol klubları futbolçularla müqavilələri adətən avqustun 1-dən etibarən bağlayır. Biz də elə edəcəyik və futbolçulara avqust ayının müəyyən ödənişləri ediləcək. Bir sözlə, komandanın formalaşdırılması sürətləndirilməlidir. Əsas tapşırıq bu idi.

- Yeni mövsümün başlamasına az müddət qalsa da, "Kəpəz"də ürəkaçan transferlər görünmür. Bununla bağlı nə deyə bilərsiniz?

- Sizinlə tam razıyam. Amma transfer xatirinə transfer etmək istəmirik. Yalandan, boş-boşuna futbolçu sayını artırmaq ziyanımıza ola bilər. Alırıqsa, samballı futbolçu alaq. Baxışda olan oyunçular var, danışıq apardıqlarımız da olur. Bu işlə Erkin İbrahimov rəhbərlik səviyyəsində məşğul olur. İnşallah, "Kəpəz"in adına layiq oyunçuları sıralarımıza cəlb edəcəyik. Yanılmaq və uğursuzluq yaşamaq istəmirik.

- Ötən il "Kəpəz"i Premyer Liqada saxlayan futbolçuları niyə heyətdə saxlamaq mümkün olmadı?

- Həmin futbolçuların gözləntiləri başqa idi. Əslində onlara haqq verirəm. Çünki həmin futbolçular deyirdilər ki, biz komandanı çətin vəziyyətdə Premyer Liqada saxlamışıq.

- Onlar klubdan maaşın artırılmasını istəyirdilər?

- Bəli. Onların ötən mövsüm komanda üçün xidmətləri böyük idi. Lakin reallıq deyilən bir şey var ki, bəzi maaşlar var, biz onu ödəyə bilmərik. Həmin rəqəmlər çox yüksəkdir. Razılaşa bildiyimiz futbolçularla ortaq məxrəcə gəldik, bəziləri ilə isə sağollaşdıq.

- Hər il tam dəyişən, yenilənən komandada işləmək çətin deyil?

- Düzdür, çətinliklər var. Amma bu futboldur, biz də futbol adamlarıyıq. Əsas çətinliyimizin nədən ibarət olduğunu demək istəyirəm. Gəncədə futbol həddən artıq çox sevilir. Şəhər sakinləri "Kəpəz"lə nəfəs alırlar. Lakin belə olanda da klubdan tələblər böyük olur. Büdcəsi az olan, hər il tam yenilənən komanda ilə sabit nəticələr qazanılmayanda azarkeşlər əsəbləşirlər və komandaya qarşı müəyyən təzyiqlər olur. Belə olan halda "Kəpəz"ə gəlmək istəyən futbolçu da fikrini dəyişir. Komandanın ətrafında hansı söz-söhbətlərin gəzdiyini gördükdən, sosial şəbəkələrdə yazılanları oxuduqdan sonra bəzi futbolçular "Kəpəz"ə gəlməkdən imtina edirlər. Bu da bizə çətinlik yaradır. Gəncəli azarkeşlərə hörmətim böyükdür, hər zaman onlarla aram yaxşı olub. Çünki Gəncə camaatı futbolu bilir. Sadəcə, xahiş edərdim ki, səbrli davransınlar. Hamımız "Kəpəz"in irəli getməsini istəyirik. Mən futbol oynadığım dövrdə azarkeşlər gəlirdilər, rəhbərliyə yaxınlaşırdılar nə kömək lazım olduğunu soruşurdular. İndi isə bir az yanaşma dəyişib. Məncə, daha səbrli davranmalıyıq.

- "Kəpəz" yeni mövsümdən ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək. Bu, komandanın çıxışına necə təsir edəcək?

- Əsas odur ki, yaxşı komanda yığılsın. Biz 2 il əvvəl Qəbələdə çıxış edərkən komanda Premyer Liqadakı yerini qorudu. Amma çox istərdik ki, qələbələrimizlə Gəncə şəhər stadionuna toplaşan azarkeşləri sevindirək. İnşallah, düşünürəm ki, 2026-cı ildə müəyyən ev oyunlarını Gəncədə keçirəcəyik. Bunu çox arzu edirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Dünən, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Dünən, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Dünən, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Dünən, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Dünən, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Futbol
Dünən, 19:35

Sumqayıtın futbolçuları milli komandalarına çağırıldı

Oxşar xəbərlər