top
Adil Nağıyevin danışılmış oyunları: Faktlar və təfərrüatlar Idman.biz
12 dekabr 2025, 16:04
- ↺ +

Adil Nağıyevin danışılmış oyunları: Faktlar və təfərrüatlar

Bu ilin yanvarında AFFA İntizam Komitəsinin qərarı ilə danışılmış oyunlara görə ömürlük futboldan uzaqlaşdırılan "Şamaxı"nın sabiq oyunçusu Adil Nağıyevin hansı matçlara mərc etdiyi müəyyənləşib.

İdman.Biz "teleqraf"a istinadən xəbər verir ki, Adil Nağıyev bu işdə komanda yoldaşı Giorgi Kantariya ilə əlbir olub.

Adil Nağıyevin Giorgi Kantariya ilə əlbir olduğu ilk qarşılaşma ötən il Misli Premyer Liqasının 15-ci turunda Şamaxıda keçirilən "Şamaxı" - "Kəpəz" matçıdır.

Belə ki, hər iki futbolçu "Topaz" və digər mərc saytlarında "Şamaxı"nın məğlubiyyətinə pul qoyuluşu ediblər. Nəticədə "Şamaxı" sözügedən matçda 0:1 hesabı ilə məğlub olub.

Bundan başqa, tərəflər ötən il 4 dekabr tarixində Bizon Azərbaycan kubokunun 1/8 mərhələsi çərçivəsində Zirə Olimpiya Kompleksində keçirilən "Zirə" - "Şamaxı" matçında manipulyasiya ediblər.

Adil Nağıyev "Şamaxı"nın məğlubiyyətinə yatırım edərək əldə edilən qazancdan Giorgi Kantariyaya 5 min dollar vəd edib. Qəsdən səhv ötürmə etməklə, bilərəkdən səhv mövqe seçməklə, rəqibin təhlükəli hücumlar etməsinə şərait yaratmaqla və digər bu kimi əməllərə yol verən tərəflər komandasının 1:3 hesablı məğlubiyyətinə şərait yaradıblar.

Adil Nağıyev Giorgi Kantariadan əlavə komandanın yarımmüdafiəçisi Vasiliye Bakiçlə Vasiliye Redenoviçi də "iş başında" görmək istəyib. Lakin legioner futbolçular bu təkliflə razılaşmayıb. Maraqlıdır ki, Adil Nağıyevlə Giorgi Kantariyanı ifşa edən də Vasiliye Redenoviç olub. O, rəhbərliyə Adil Nağıyevlə yazışmasını təqdim edib.

Məlum olub ki, Adil Nağıyev Rusiyadan gələn şəxsə matçın 30-cu dəqiqəsindən sonra "Şamaxı"nın məğlubiyyətinə mərc etməsinə dair işarə verib. Adil Nağıyev "Şamaxı" - "Kəpəz" matçında iştirak etməsə də, Giorgi Kantariya meydanda olub. Adil Nağıyev meydanda olmasa da, komandasının məğlubiyyətinə pul yatırıb.

Adil Nağıyev ilkin istintaqa ifadəsində bildirib ki, Azərbaycan ərazisindən burada keçirilən çempionat oyunlarına yüksək məbləğlərdə pul yatırmağın mümkün olmadığını öyrənib. Buna görə də 2024-cü ilin noyabr ayının ortalarında əvvəllər futbolçu olmuş və hazırda Türkiyədə yaşayan Elgün Nəbiyevlə "WhatsApp"la əlaqə yaradıb.

Elgün Nəbiyevə üç oyuna 40.000-50.000 manat intervalında mərc etmək istədiyini bildirən Adil Nağıyev, bunun Türkiyə ərazisindən mümkün olub-olmadığını soruşub. Elgün Nəbiyevdə ona Türkiyədən də Azərbaycan oyunlarına yüksək məbləğdə pul vəsaiti mərc etmək olmadığını, lakin Rusiyada yaşayan Orxan M. (ad-soyad şərtidir)adlı tanışının bu işdə ona köməklik edə biləcəyini bildirib.

Orxan M. (ad-soyad şərtidir) ilə danışıq zamanı "Zirə" - "Şamaxı" arasında baş tutacaq oyunda müdafiəçisi olduğu "Şamaxı"nın bilə-bilə passiv hərəkətlər və "səhvlər" edərək uduzdurmaq istədiyini, 50.000 manat məbləğdə pul vəsaitini mərc etməklə yüksək qazanc əldə etmək istədiyini bildirib.

Danışıq zamanı Orxan M.-ə (ad-soyad şərtidir) üç oyunu mərc etmək istədiyini söyləyib. Həmin oyunlarda mərcin məzmunu "Zirə" - "Şamaxı" oyununda "Şamaxı"nın əsas vaxtda məğlubiyyəti, "Sumqayıt" - MOİK matçında "kimyaçılar"ın əsas vaxtda qələbəsi və "Neftçi" - "Difai Ağsu" oyununda isə əsas vaxtda 4 qol vurulacağı ilə bağlı olub.

Həmin vaxtOrxan M. (ad-soyad şərtidir) ilə danışıq zamanı sonuncu ona "Zirə"- "Şamaxı" oyununda əmsalların 2-2.70 arası olacağını ehtimal etdiyini deyib. Tərəflər razılaşsa da, Orxan M. (ad-soyad şərtidir)sonradan zəng edərək üç oyuna mərc edə bilməyəcəyinin bildirib. Sonda Adil Nağıyev "Zirə" ilə kubok matçında kapitanı olduğu "Şamaxı"nın məğlubiyyətinə mərc edib.

Məlum olub ki, Adil Nağıyev Orxan M.-ə (ad-soyad şərtidir) "Şamaxı"nın 2 top fərqi ilə uduzmasına mərc etməyi tapşırıb. LakinOrxan M. (ad-soyad şərtidir) matça 30-cu dəqiqədən sonra canlı mərc edib. Bu dəqiqəyə qədər isə "Zirə" artıq 2:0 öndə olub. Tərəflərin bir-birini anlamaması nəticəsində Adil Nağıyevin mərcdən pul qazanmaq sevdası baş tutmayıb və əlində olan məbləği uduzub. Orxan M. (ad-soyad şərtidir) sonradan bildirib ki, canlı mərc 10-cu dəqiqədə bağlanıb, yalnız 30-cu dəqiqədən sonra açılıb.

Orxan M. (ad-soyad şərtidir) isə pulu qaytarmaqdan imtina edib.

Adil Nağıyev daha sonra komandanın baş məşqçisi Ayxan Abbasova "WhatsApp"da səs ataraq üzr istəyib. O, səs yazısında əməlindən peşman olduğunu, şeytana uyduğunu bildirib.

"Topaz" istintaqa Adil Nağıyevin təşəbbüsü ilə yaradılan kuponları da təqdim edib. "101340" nömrəli "Topaz" məntəqəsində oyunlar başlamamışdan qabaq, əmsal 1,52-dən hesablanaraq hər birində 200 AZN məbləğində 4 kupon (bilet) üzrə ümumilikdə 800 manat məbləğində pul vəsaiti mərc edilib. Mərcin yekununda hər kupon (bilet) üzrə 653,61216 AZN yekun uduş məbləği əldə edilib.

Həmin kuponların hamısında "Şamaxı" – "Kəpəz" matçında Gəncə təmsilçisinin uduzmayacağı, Azərbaycan Premyer liqası çərçivəsində keçirilən "Zirə" "- "Sumqayıt" oyununda bakılıların qələbəsi, "Neftçi" – "Qarabağ" oyununda ağdamlıların, "Araz Naxçıvan" – "Turan Tovuz" matçında isə "3.5 alt" qeyd edilib. Yekunda "Kəpəz", "Qarabağ" "Zirə" qalib gəlib, "Araz Naxçıvan"ın matçı isə 1:0 hesabı ilə yekunlaşdığından hər 4 kupon uduşlu olub.

Qeyd edək ki, Adil Nağıyevə Cinayət Məcəlləsinin 192-2.3.1-ci maddəsi ilə ittiham elan edilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Adil Nağıyev 5 il müddətə azadlıqdan məhrum edilib. Lakin onun cəzası şərti hesab edilməklə 1 il sınaq müddəti təyin edilib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Futbol
Bu gün, 05:10

Barcelona Artur Diasın transferi üçün Rafinha’dan kömək gözləyir

Futbol
Bu gün, 03:18

Juventusun Bruno Fernandesi transferi üçün 50‑60 milyon avro tələb – ciddi maliyyə maneəsi

Futbol
Bu gün, 02:14

Edin Çeko milli komandadakı son oyununu fəxri dəhlizlə başa çatdırdı

Futbol
Bu gün, 01:38

Levandovski 7 il sonra Polşa millisində hat-trik vurdu

Futbol
Bu gün, 01:02

Tottenham və Liverpool Kaoru Mitomanı transfer üçün maraqlandırır

Futbol
Bu gün, 00:43

Luis de la Fuente, Ronaldun Portuqaliya millisinin düşərgəsini tərk etməsi barədə şərh verməkdən imtina etdi

Futbol
Dünən, 22:55

U-20 milli komanda baş məşqçisi: Yolumuz hələ əvvəlində, Moldova ilə dostluq matçı yaxınlaşır

Futbol
Dünən, 21:58

Nunu Mendeş, Ronaldun milli komandadan ayrılmasına münasibətini açıqladı

Minifutbol
Dünən, 21:26

U-19 futzal millimiz Xorvatiya, Ukrayna və Yunanıstanla bir qrupda

Futbol
Dünən, 20:57

PSJ hücumçusu Ferran Torres İspaniya millisində zədələnib

Basketbol
Dünən, 20:38

Sumqayıt, NTD-ni 111:94 hesabı ilə məğlub etdi;

Futbol
Dünən, 17:31

Neftçi dostluq oyununda Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Futbol
Dünən, 16:45

U-20 milli komandamızın heyətində Həzrət Səmədovun zədə səbəbindən çıxması

Futbol
Dünən, 11:39

Ayxan Hüseynov: “0:0 dəyən oyundan sonra qələbə üçün daha çox çalışmalıyıq”

Futbol
Dünən, 11:23

Lixtenşteyn yarıpeşəkar yığmasının Bakıdakı 0:0 nəticəsinə mediya və rəsmi orqanların reaksiyası

Futbol
Dünən, 11:08

Gəncəbasar futbolçusu Kəpəzlə sınaq matçı öncəsi hazır olduğunu bildirdi

Futbol
Dünən, 09:41

UEFA Millətlər Liqası: Günün əsas oyunları və qrup mübarizələri

Basketbol
Dünən, 09:38

Maykl Cordanın 1998-ci NBA finalının forması 12,26 milyon dollara rekord qiymətə satıldı

Futbol
Dünən, 09:20

Qana millisinin baş məşqçisi Karluş Keyroş 3 ayda ikinci dəfə istefa verdi

Futbol
Dünən, 06:31

Kurtua açıqladı: “Atletiko” azarkeşlərinə yönəlmiş kimi görünən sözlər əslində Liverpoola yönəlmişdi

Futbol
Dünən, 04:03

İspaniya millisinin futbolçusu Niko Uilyams zədə səbəbiylə düşərgədən ayrıldı

Futbol
Dünən, 02:10

Almaniya və Portuqaliya üçün qalibiyyətlər

Futbol
01 oktyabr 2026, 22:38

Ayxan Abbasov: “Məsuliyyəti öz üzərimə götürürəm, qələbə üçün aşağıdan başlamalıyıq”

Oxşar xəbərlər