top
Adil Hüseynov: “Qalib ölkənin zəif iradəli futbolu qəbuledilməzdir” İdman.biz
27 noyabr 2024, 11:27
- ↺ +

Adil Hüseynov: “Qalib ölkənin zəif iradəli futbolu qəbuledilməzdir”

"Hazırda Azərbaycan regionun lider və qalib ölkəsi kimi Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə öz yeni gələcəyini inşa edir. Bütün sahələrdə quruculuq işləri aparılır, o cümlədən də idmançılarımızın beynəlxalq yarışlarda uğurlar qazanması üçün tədbirlər həyata keçirilir".

Bunu İdman.bizə müsahibəsində futbol veteranı Adil Hüseynov deyib.

Ötən əsrin 70-ci illərində "Neftçi", Naxçıvanın "Araz" və başqa klublarda çıxış etmiş sabiq futbolçu Azərbaycan yığmasının Millətlər Liqasındakı uğursuz çıxışını dəyərləndirib: "Azərbaycanın beynəlxalq arenada nüfuzunun yüksəlməsinə futbol da öz töhfəsini verməlidir. Millimizin qazandığı hər bir uğur ölkəmizə olan diqqəti artıra bilər. Təəssüf ki, komandamızın Millətlər Liqasındakı çıxışı uğursuz alındı və azarkeşlərdə futbolumuzun gələcəyi ilə bağlı bədbinlik yaratdı. Komandanın oyun fəlsəfəsi, məşqçinin tapşırıqları, futbolçuların davranışı haqqında və ümumən futboldan saatlarla danışmaq olar. Amma peşəkar idmanda əsas göstərici – nəticədir. Nəticə etibarı ilə millimiz C Liqasında yer aldığı I qrupu 1 xalla sonuncu pillədə başa vurub və D Liqasına düşüb. Daha bundan aşağı yuvarlanmağa liqa yoxdur".

Futbol veteranı bu nəticəni utancverici hesab edir: "Yığmanın Millətlər Liqasında qeyri-qənaətbəxş çıxışı futbolsevərlərin son dərəcədə neqativ reaksiyalarına səbəb olub. Eyni zamanda, idmandan çox uzaq olan insanlar da Azərbaycan futbolunun indiki utancverici durumu ilə bağlı müzakirələrdə fəal iştirak edirlər. Hamı yekdil fikirdədir ki, qalib ölkənin zəif iradəli futbolu qəbuledilməzdir".

Hüseynov futbolumuz üçün yeganə çıxış yolunu da göstərib: "AFFA-nın indiki mərhələdə üzləşdiyi problemlərin miqyası elədir ki, onları yalnız dövlətin və bütün futbol ictimaiyyətinin birgə səyi ilə həll etmək mümkündür. Azərbaycan Prezidenti cənab İlham Əliyev idmana, o cümlədən də populyar idman növü olan futbola daim diqqət və qayğı göstərir. 10 oktyabr 2005-ci il tarixində ölkə başçısı tərəfindən imzalanmış "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamında Azərbaycan futbolunun problemləri və onların həlli yolları göstərilmişdi. Bu proqramın icrası zamanı nazirliklər və yerli icra hakimiyyəti orqanların üzərlərinə düşən tapşırıqları yerinə yetirirlər. Respublikada müasir beynəlxalq standartlara cavab verən stadionlar və futbol meydançaları istifadəyə verilir, əlavə iş yerləri açılır. Futbolun təbliğ edilməsi, mütəxəssislərin hazırlanması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi işləri AFFA tərəfindən həyata keçirilir".

Futbol veteranı AFFA-nın diqqət yetirməli olduğu məqamlara da toxunub: "Biz çox istərdik ki, Dövlət Proqramının "Gözlənilən nəticə" bəndində qeyd olunmuş "beynəlxalq arenada ölkənin imicini qorumağa layiq olan beynəlxalq səviyyəli peşəkar futbolçuların hazırlanması"na AFFA xüsusi diqqət yetirsin. Əgər onlar buna nail olsalar, o zaman milli komandalarımız beynəlxalq yarışlarda, o cümlədən Avropa və dünya çempionatlarında, Olimpiya oyunlarında, klub komandalarımız isə Avropa turnirlərində uğurlar qazana biləcəklər".

Qeyd edək ki, sabiq futbolçu hazırda Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosentidir və Bakı şəhəri Nərimanov rayon bələdiyyəsinin üzvüdür.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:00

Kalyari 1-0 ilə Frozinone’yi məğlub edərək dörd ardıcıl məğlubiyyətdən çıxdı

Futbol
Bu gün, 19:56

Əvəzedicilər Liqası: "Şamaxı-2" səfərdə "İmişli-2"ni 4:2 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 19:47

Yuri Maksimov: Araz-Naxçıvanın sonuncu yerdə olmasına baxmayaraq, hər oyuna qələbə üçün çıxacağını bildirir ki, zədələr heyət inikasını mənfi təsir edir

Futbol
Bu gün, 19:41

Şəfa klubunun prezidenti Zəfər Günü münasibətilə Vətən müharibəsi iştirakçılarına hədiyyə təqdim etdi

Futbol
Bu gün, 19:29

Moürinyeu Viníusun meydan vaxtını azaldı: Hər matçda 12 dəqiqədən çox oynamaqdan imtina edir

Futbol
Bu gün, 19:26

Vanspor, Sivassporu 3:1 qələbə ilə məğlub etdi

Futbol
Bu gün, 19:25

Montader Məcidin ölüm təhdidina cavab: İraqın "Hammarby" oyunçusu milli komandanı rədd etdiyinə görə hədələnib

Futbol
Bu gün, 19:15

Zaur Həşimov: "Şəfa" haqqında qərar verən mübahisəli epizodlar səbəbindən iki oyunda 4 xal itirdik

Futbol
Bu gün, 19:13

Rasinq Santander İlk Səfər Qələbəsini Qazanıb

Futbol
Bu gün, 19:09

Manuel Noyer Bayern tarixində ən yaşlı futbolçu oldu

Futbol
Bu gün, 19:01

Maksimov: Zədələr və sadə qollar səbəbindən qələbə almırıq

Cüdo
Bu gün, 18:57

Bakıda cüdo üzrə böyüklər arasında şəhər çempionatı noyabrın 14-15-də keçiriləcək

Futbol
Bu gün, 18:45

Mourino "Real Madrid"də PSJ-nin fiziki yüklənməni idarə etmə strategiyasını tətbiq etdi

Futbol
Bu gün, 18:34

Futbol tarixində ən yadda qalan oyunçu-məşqçilər: Dalqliş, Gullit, Vialli və başqaları

Futbol
Bu gün, 18:31

Tottenham 1-0 Leeds məğlubiyyəti: Noa Okaforun qolu

Güləş
Bu gün, 18:27

Azərbaycan idmançıları Daqarda Olimpiya oyunlarında uğurlu başlanğıc edib

Basketbol
Bu gün, 18:26

“Neftçi” basketbol komandası baş məşqçisinin “İlk 20 dəqiqə kiçik fəlakət idi” açıqlaması

Qarabağ FK
Bu gün, 18:21

Premyer Liqasında Şəfa və Araz-Naxçıvan 2:2 Bərabərlikdə Bitdi

Qarabağ FK
Bu gün, 18:12

"Turan Tovuz"un futbolçusu Xorxe Silvanın "Qarabağ"a qələbədən sonra Benito sportify.az-a müsahibəsi

Futbol
Bu gün, 17:58

Azərbaycan U-19 milli komandası Avropa çempionatı üçün heyəti açıqladı

Digər
Bu gün, 17:57

Sərhədçi 1:0 məğlubiyyə ilə Peşəkar Çövkən Liqasının çempionu oldu

Basketbol
Bu gün, 17:54

NTD baş məşqçisinin məğlubiyyət izahı: Təcrübəsizlik və top itkiləri

Futbol
Bu gün, 17:39

Kriştianu Ronald "Stuntnuts" filmində prodüser olacaq

Voleybol
Bu gün, 17:25

Murov Az Terminal qadın voleybol komandası UNEC-i 3-1 hesabıyla məğlub etdi

Oxşar xəbərlər