İtaliyanın "Atalanta" klubunun hücumçusu Ademola Lukman bu yay "İnter"ə keçə bilər.
İdman.biz xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
"İnter" təmsilçiləri ilə futbolçu arasında danışığın olduğu bildirilir. Bundan sonra nigeriyalı forvard "İnter"ə keçmək istəyi barədə komandasının rəhbərliyinə məlumat verib.
Milan klubunun Lukmanın transferini yaxın vaxtlarda rəsmən açıqlayacağı vurğulanıb.
Qeyd edək ki, transfer məbləğinin ən azı 40 milyon avro olacağı gözlənilir.
İdman.biz