Serbiyalı futbolçu Adem Lyayiç özünü basketbolda da sınamaq qərarına gəlib.
İdman.biz xəbər verir ki, o, yerli "Novi Pazar" komandası ilə müqavilə imzalayıb.
Adıçəkilən klubun futbol komandasında çıxış edən Lyayiçin tarixi ilkə imza atdığı bildirilib. O, həm basketbol, həm də futbol komandalarının formasını geyinəcək.
Qeyd edək ki, Adem "Novi Pazar"ın heyətində 14 oyunda 5 qol vurub, 6 ötürmə edib.
İdman.biz