19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, Elxan Abdullayevin yetirmələri İslandiya ilə görüşüb.
VII qrupda yer alan komandaların qarşılaşması Moldovanın paytaxtı Kişinyovda yerləşən "Zimbru-2" stadionunda təşkil olunub. Matçın taleyini rəqibin iki qolu həll edib.
Qeyd edək ki, qrupun digər görüşündə İrlandiya və Moldova qarşılaşacaq.
AVRO-2025-in seçmə mərhələsi, U-19
VII qrup, I tur
13 noyabr
Azərbaycan – İslandiya – 0:2
"Zimbru-2" stadionu