Misli Premyer Liqasının 9-cu turunda "Neftçi" səfərdə "Qəbələ" ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Sport24.az xəbər verir ki, 70-ci dəqiqədə oyuna daxil olmaqla Misli Premyer Liqasında debüt edən paytaxt klubunun kamerunlu yeni legioneri Vensan Abubakar əvvəlcə qol ötürməsi verib, sonra isə özü qol vurub.