ABŞ-da keçirilən klublararası dünya çempionatının qrup mərhələsinin "Borussiya" (Dortmund) – "Ulsan" (1:0) matçında arenanı snayperlər qoruyub. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Təhlükəsizliyin artırılmasına səbəb ölkənin vitse-prezidenti J.D.Vansın stadiona gəlməsidir. O, qarşılaşmanı həyat yoldaşı Uşa Vance ilə birlikdə izləyib.
Qeyd olunur ki, Məxfi Xidmət İranla artan münaqişə səbəbindən Donald Trampın "sağ əlinin" təhlükəsizliyindən narahat olub.