"Çətin oyun oldu". Sport24.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Abdullah Zubir deyib.
Təcrübəli yarımmüdafiəçi Bakıda İrlandiya təmsilçisi "Şelburn"a qalib gəldikləri (1:0) Çempionlar Liqasımın II təsnifat mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Rəqib bizi arxada qarşılayırdı və gözləmə mövqeyi tutmuşdu. Hesab açılandan sonra bir az açıq futbol oynamağa başladılar. Əsas qələbə qazanmaq və növbəti mərhələyə vəsiqə əldə etmək idi. Bunu da bacardıq. Artıq növbəti matçlara köklənmək zamanıdır".
Zubir III təsnifat mərhələsindəki qarşılaşmalar haqqında da danışıb:
"Bizim öz hədəflərimiz var. Həmin görüşlərə yaxşı şəkildə hazırlaşacağıq. Bu raundda əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya" ilə üz-üzə gələcək.