top
Abdullah Zubir: Bu qələbə aylardır, illərdir çəkilən əziyyətin bəhrəsidir Idman.biz
20 sentyabr 2025, 16:57
- ↺ +

Abdullah Zubir: "Bu qələbə aylardır, illərdir çəkilən əziyyətin bəhrəsidir"

"Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsində "Benfika" ilə matçında meydanda ən yaxşılardan biri də Abdullah Zubir idi. Fransalı kapitan oyunboyu fəallığı ilə diqqət çəkməklə yanaşı, Aleksey Kaşukun vurduğu qələbə topunun məhsuldar ötürməsini etdi.

İdman.biz 33 yaşlı vingerin Sportinfo.az-a müsahibəsini təqdim edir:

- Parlaq qələbədən sonra ürəyindən keçənləri eşitmək istərdim.

- Böyük kluba qarşı səfərdə böyük qələbə qazanmaq qürurvericidir. Liqa mərhələsinə qələbə ilə başlamaq hər bir futbolçunun arzusudur. Qələbəni autsayder qismində yox, rəqibdən çəkinməyərək, çox sayda qol imkanları yaradaraq qazandıq. Bu, aylardır, illərdir çəkilən əziyyətin bəhrəsi idi. Çox xoşbəxtəm, nə deyəcəyimi bilmirəm.

- 0:2-ni xeyrinizə dəyişmək üçün dönüş nöqtəsi hansı epizod oldu?

- Gücümüzə inanmağımız və vaxtından əvvəl təslim olmamağımız. "Benfika"nın üzərinə getdik, xarakter göstərdik, onları bizdən ehtiyatlanmağa məcbur etdik. Vurduğumuz birinci qoldan sonra rəqibin oyununda eniş yaşanmağa başladı. Biz isə bu üstünlükdən yararlanıb hesabı bərabərləşdirdik. Lakin bununla kifayətlənmək fikrimiz yox idi. Hücumları davam etdirib qələbə topunu da vurduq. Rəqibi səhvlər etməyə məcbur etməklə istəyimizə çatdıq.

- Rəqib ikinci qolu vurandan sonra nə düşünürdün?

- Döyüşçülər hesabda geri düşəndə qisas barədə düşünür. İllah da bizim kimi təcrübəli döyüşçülər. İndiyə qədər belə hallarla çox üzləşmişik, lakin heç vaxt təslim olmamışıq. 0:2-dən sonra ruhdan düşsəydik, 3 qol vura bilməzdik. Əksinə, həmin qollar bizə güc və inam verdi.

- 2:2 hesabı da yaxşı nəticə sayılacaqdı. 3:2-ni ağlından keçirirdin?

- Fasilədə paltardəyişmə otağında hamı qələbə barədə düşünürdü. Hiss edirdik ki, təzyiqi artırsaq, rəqibi səhvlərə məcbur etsək, qalib gələ bilərik. 2:2-dən sonra hər iki komanda riskə getdi. Onların da şansları oldu, bizim də. Sadəcə, biz dəqiq oynadıq və ideal müdafiə olunduq.

- Yerli azarkeşlər son dəqiqələrdə ağ bayraq qaldırıb, "Benfika"nı fitə basırdı. "Estadio da Luj"da atmosfer necəydi?

- Çempionlar Liqasında, üstəlik, dolu tribunalar qarşısında oynamaq həzz verir. Açığı, bütün diqqətim meydanda idi deyə, azarkeşlərə ciddi önəm vermirdim. Stadionun özü, qazonun durumu, dolu tribunalar – hər şey möhtəşəm idi. Futboldan zövq aldığımızı deyə bilərəm.

- Bunu futbolçu karyeranın ən vacib qələbəsi adlandıra bilərik?

- Avropanın bir nömrəli klub turnirinin Liqa mərhələsini olduğunu, rəqibin adını və qələbəni səfərdə qazandığımızı nəzərə alsaq, bəli, ən dəyərli qələbələrdən biri, bəlkə də birincisidir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər