"Oyuna yaxşı hazırlaşmışdıq. Məqsədimiz ən azı 1 xal götürmək idi. Təəsaüf ki, məğlub olduq". Bu sözləri Sport24.az-a açıqlamasınsa U-21-in üzvü Abdulla Rzayev deyib.
"Sabah"ın müdafiəçisi ələ düşən şansları dəyərləndirə bilmədiklərinə görə, məğlub olduqlarını da vurğulayıb: "Futbolda yazılmamış qanun var: "vurmayana vurarlar". Bu dəfə biz də bunun acısını yaşadıq. Matça pis başlamamışdıq. Rəqibi qapısına sıxışdırıb erkən qol vurmaq istəyirdik. Bir qol vurduq, ofsayt qeydə alındı, ikinci hissənin əvvəlində də penalti şansını qaçırmağımız xoş olmadı. Təbii ki, bu oyunun gedişini təsir etdir. Düşünürəm ki, penaltini dəqiq yerinə yetirsəydik, qarşıdakı dəqiqələrdə bərabərlik qolunu da vura, bəlkə qələbə də qazana bilərdik. Təəssüf ki, istəyimiz, səyimiz nəticə vermədi".
Qeyd edək ki, Samir Əliyevin baş məşqçisi olduğu U-21 dünən öz meydanında Serbiyaya 0:2 hesabı ilə məğıib olub.
ABDULLA İSMAYILOĞLU