"Mançester Siti"nin özbək futbolçusu Abdukadir Xusanov ən azı 3 oyunda komandasına kömək edə bilməyəcək. Sport24.az xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola məlumat verib.
Baş məşqçi Xusanovun Premyer Liqanın 5-ci turunda "Arsenal"la görüşdə zədələndiyini bildirib.
Qeyd edək ki, Xusanov "topçular" oyunda əsas heyətdə meydana çıxsa da, fasilədə əvəzlənib.