"Bilirik ki, Ukrayna da, İslandiya da güclü rəqibdir. Amma hər şey mümkündür. Biz öz gücümüzə inanırıq".
İdman.biz xəbər verir ki, bu sözləri Futbolinfo.az saytına açıqlamasında Azərbaycan millisinin futbolçusu Abbas Hüseynov deyib.
30 yaşlı müdafiəçi yığmanın təlim-məşq toplanışın yüksək motivasiya ilə başladıqlarını bildirib: "Qarşıda bizi çox vacib iki oyun gözləyir. İnanıram ki, bu iki matçdan maksimum nəticə əldə edərək xalqımızı sevindirəcəyik. Çox istərdim ki, hər iki görüşdə qalib gələk. Azarkeşlərimizə qələbə bəxş etmək istəyirik. Hamımız buna inanırıq. Hər iki oyunda maksimum nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində sentyabrın 5-də İslandiya ilə Reykyavikdəki "Lauqardalsvollur" stadionunda qarşılaşacaq. Yığma sentyabrın 9-da isə Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna ilə üz-üzə gələcək.
İdman.biz