top
Abbas Hüseynov: Millidə Ayxan Abbasovu daha yaxşı başa düşürdük, Qarabağda rəqabətə hazıram - MÜSAHİBƏ Idman.biz
21 noyabr 2025, 16:21
- ↺ +

Abbas Hüseynov: Millidə Ayxan Abbasovu daha yaxşı başa düşürdük, "Qarabağ"da rəqabətə hazıram - MÜSAHİBƏ

"Hər mənada rəqabət aparmağa hazıram. Rəqabətdən də çəkinmirəm. Düzü nədirsə, onu da edəcəm".

Bunu "Qarabağ" və Azərbaycan milli komandasının müdafiəçisi Abbas Hüseynov sportal.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– Azərbaycan millisinin tsikldə oyunları başa çatdı. Yığma komanda bir xalla sonuncu pilləni tutdu. Tsikl başlayanda başqa cür olacağını düşünürdünüz?

- Bəli, tsikli 1 xalla başa vurduq. Amma biz vuruşduq, əlimizdən gələni etdik. İnanıram ki, gələcəkdə hər oyuna qələbə üçün çıxacağıq.

– Fernandu Santuşun rəhbərlik etdiyi milli ilə Ayxan Abbasovun baş məşqçisi olduğu komanda arasında hansı fərqlər var idi?

- Fernandu Santuşu pisləsəm, düzgün çıxmaz. Çünki o da millidə baş məşqçim olub. Məni heyətdə oynadıb, şans verib. Amma onu deyə bilərəm ki, biz Ayxan Abbasovu daha yaxşı başa düşürdük və hər mənada daha da yaxşı oyun sərgilədik. Çünki azərbaycanlı futbolçuları tanıyır. Hamı ilə düzgün danışıb, detallı şəkildə izah edirdi.

– Tsiklin son iki görüşündə İslandiya və Fransaya da uduzdunuz. Bu matçlarda nəticə qazanmaq mümkün idi?

- İslandiya ilə matçda real qol şanslarımız oldu. Sadəcə sonluğu gətirmək alınmadı. Çox heyf. Amma biz irəliyə baxmalıyıq. İnanıram ki, hər şey düzələcək. Fransaya qarşı matç isə çətin oldu. Ancaq yenə də əlimizdən gələni etdik. Bilirsiz ki, Fransa millisinin oyunçuları başqa səviyyədədir. Bu, reallıqdır. Lakin istənilən halda, biz də sona qədər vuruşduq.

– Daha çox "Abbas Hüseynov niyə oynayır?" sualları gündəmə gəlmişdi. Sizcə, nəyə görə məhz sizin adınız hallanırdı? Axı millidə əksər futbolçular öz klubunda oynamır…

- Bu barədə fikir bildirmək istəmirəm.

– Ayxan Abbasovun millidəki postunda qalmaq ehtimalı haqda nə deyə bilərsiniz? Onun rəhbərliyi altında milli komandamız Millətlər Liqasında D divizionundan C divizionuna yüksələ biləcək?

- Bəli, məncə D divizionundan C liqasına yüksələ bilərik. Allah qoysa, bunu edəcəyik.

– Daha çox oyun praktikası qazanmaq üçün qışda komandanı dəyişmək istəyirsiniz, yoxsa "Qarabağ"da qalaraq əsas heyət uğrunda rəqabət aparacaqsınız?

- Hər mənada rəqabət aparmağa hazıram. Rəqabətdən də çəkinmirəm. Düzü nədirsə, onu da edəcəm.

– Bildiyim qədərilə "Aris", "Apoel", "Akron" klubları sizi istəyirdi. Həmin klubların təklifindən imtina etdiniz?

- Bəli, belə söhbət var idi. Amma bu haqda çox danışmaq istəmirəm.

– "Qarabağ"ı Çempionlar Liqasının 5-ci turunda "Napoli"yə qarşı oyun gözləyir. Bu matç barədə fikriniz necədir?

- Bu görüş haqda çox yaxşı fikirdəyəm. Kollektivimizə çox inanıram. Neapola uğurlu nəticə üçün gedəcəyik. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:16

Bursaspor Türkiyə 1-ci Liqasında Bandırmasporu 3:0 hesabı ilə məğlub edib

Futbol
Bu gün, 19:04

"Atletiko" səfərdə "Levante"ni 2:0 hesabı ilə məğlub edərək La Liqada liderliyə yüksəldi

Cüdo
Bu gün, 19:01

İbrahim Talıbovun Dakar Olimpiadasındakı ilk potensial rəqibi məlum oldu

Futbol
Bu gün, 18:57

Turan Tovuz-2 və İmişli-2 3:3 nəticəylə məhsuldar heç-heçə

Futbol
Bu gün, 18:50

Gəncə voleybolçuları “Kəpəz” futbol komandası üçün stadiondan dəstək verəcəklər

Futbol
Bu gün, 18:45

“Şəki” klubunun yeni baş məşqçisi Firuddin Mövsümov oldu

Futbol
Bu gün, 18:34

Mançester Yunayted 0:2 ilə Çelsi'ye məğlub oldu – Karrik 16-cı pillədə qaldı

Futbol
Bu gün, 18:23

Mourinyo Qızıl Top Qalibini Təriflədi, Mbappeni Futbol Tarixinə Ən Yaxşı Adlandırdı

Digər
Bu gün, 18:05

Karate dünyə çempionu Selcan Babayevanın Avropa çempionluğu və beynəlxalq arenadakı hədəfləri

Futbol
Bu gün, 17:50

Yuri Maksimov: 'İki xal itirməyin əvəzinə yuxarı pillələrdə daha yaxşı oynayardıq'

Basketbol
Bu gün, 17:45

LANDAU Lionsun baş məşqçisi Erhan Toker məğlubiyyət və hakim qərarlarını tənqid etdi

Futbol
Bu gün, 17:42

Rəşad Sadıqov "Zirə"nin "Araz-Naxçıvan"la 2:2-liyinə dair: "Futbolçularım böyük xarakter göstərdi və sona qədər mübarizə apardılar"

Cüdo
Bu gün, 17:40

Olimpiya çempionu Zelim Kotsoyev adaptiv cüdo məşqində iştirak etdi

Futbol
Bu gün, 17:32

“Sabah”ın rəqibi Norveç klubunun baş məşqçisi papağını üzünə çəkdi - VİDEO

Futbol
Bu gün, 17:10

Legioner olmayan heyətimiz nəticəmizə təsir etdi – Sabir Allahquliyev

Futbol
Bu gün, 16:59

İnтер Santiaqo Beltranı heyətinə qatmağı planlayır

Futbol
Bu gün, 16:52

“Turan Tovuz” Xorxe Silvanın müqaviləsi bir il uzadılacaq

Futbol
Bu gün, 16:32

Bask derbisi və El Klasikodan sonra yaralanmalar: La Liqada gərgin tur

Futbol
Bu gün, 16:29

Dadaşov qol vurdu, Dinamo Berlin 2-0 qalib gəldi

Qarabağ FK
Bu gün, 16:12

“Qəbələ – “Qarabağ” oyununda üç futbolçu zədə səbəbindən sahəyə çıxmayacaq”

Futbol
Bu gün, 16:04

David De Xea, Fiorentina ilə yollarını ayırmağa hazırdır

Futbol
Bu gün, 16:00

U-15 Dünya Kuboku: Azərbaycan yığmasının 84-cü yeri və AFFA-nın jurnalist akkreditasiyası ilə bağlı ləngimi suallar

Futbol
Bu gün, 16:00

Fransişku Konseysau UEFA tərəfindən 3 oyunluq cəzaya məhkum edildi

Futbol
Bu gün, 15:52

İtaliya A Seriyasının X turu: Milan derbisi 'San-Siro'da, 'Yuventus' və 'Napoli' Turində qarşılaşacaq

Oxşar xəbərlər