top
Abasov: “Heç kimin “Neftçi”ni əzməyə səbəbi yoxdur” Sport24.az
04 may 2025, 23:13
- ↺ +

Abasov: “Heç kimin “Neftçi”ni əzməyə səbəbi yoxdur”

Misli Premyer Liqasının XXXIII turunun "Neftçi" – "Kəpəz" oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis oyunsonrası bunları dedi…

 

– Oyunçu 5 metrdən qapıya düşə bilmir… Futbolçularln səhvləri sıralanır. Yuxu rejiminiz pozulmur belə olanda? Və ya səhhətinizdə durum necədir?

– Sakit qalmağa çalışırıq. Reallıq budur ki, bizimçün bu mövsümün qatarı gedib. Sakit qalmağa çalışırıq. Bilirəm ki, mən danışandan sonra vallar fərqli yerə gedə bilər. Ona görə sakit olmağa çalışırıq. Bacardığımız qədər uşaqları oyuna hazırlaşmağa, oynamağa çalışır. Birinci səhvlər deyil. Təsəvvür et, bu gün birinci hissə nadir hallarda belə dominant oynayan komanda olar. Otura-otura saydım ki, birinci hissədə 10-15 dəfə rəqib cərimə meydançasının yaxınlığında, içində olmuşuq. Hətta Matias, Azər kimi müdafiəçilər də irəlidə idi. Bu qədər epizoda qol vura bilməmək problemləri göstərir. Bir uzun topla rəqib gəlib qol vurur. Bu məsələləri də bilirik. Üç oyunumuz qalıb. Yenə də futbolçuları kökləməyə çalışacağıq. Artıq adımıza layiq bir şey etmirik. İki oyundur, uduza-uduza hesabı bərabərləşdiririk. Oyunun içində bəzi oyunçular çox çalışır. Məsələn, Sambu… Bir neçə də oyunçu var ki, onlar uduzmamaq üçün çox çalışır.

 

– Növbəti mövsümdə sizə böyük büdcə veriləcəyini düşünmək olar?

– Bilmədiyim şey haqda sual verirsiniz. Mən gələndə müəyyən komanda yığılmışdı və əlimizdə müəyyən oyunçular var idi. Sonda oturub danışacağıq və gördüyümüz işin hesabatını verəcəyik. Büdcə ilə bağlı nəsə bilmirəm.

– Emin Mahmudov komandada qalacaq?
– Eminin müqaviləsi var. Mövsüm bitəndən sonra bizim də qərarlarımız var. O demək deyil ki, müqaviləsi olan hökman burda qalmalıdır. Çalışacağıq ki, bəzi məsələləri yoluna qoyaq. Futbolçularla fikirlərimizin üst-üstə düşəcəyinə ümid edirəm. Hər iki tərəf üçün xeyirli olmasını istəyirik.

 

– Futbol ictimaiyyəti sarğısı olmasa da, Emini kapitan kimi qəbul edir. Nə üçün ona sarğını verə bilmədiniz?

– Bilmədiniz deyəndə sanki kimsə nəsə məcbur edib. Siz sual verdiyiniz adamı tanısanız bu sualı verməzsiniz. Mən bura gələndə Emin Mahmudovun, Ramil Şeydayevin məsələsi çox danışılırdı. Oyunçuları sakitləşdirməyə, kapitan məsələsini bitirmək üçün kapitanlığı Rzaya verdim. Emin bu mövsüm çox əziyyət çəkir. Qışdan sonra stabil oynaya bilmir, mütəmadi zədələri olur. Bunlar daim gördüyümüz Emini görməməyə səbəb oldu.

 

– "Sumqayıt"la oyunda sayılmayan qolunuz, verilməyən penaltiniz var idi. Bu gün də rahatlıqla Elvin Camalova "qırmızı" verildi. Sizcə, iddiasız "Neftçi"ni qəbul etmirlər?

– Səbəblər var. Qərəzdən nəsə olduğunu dilə gətirmirəm. Verilən qərarlar nə dərəcə düzgün olmasa da, reallığı görməliyik. Bunun əziyyətini görmüşəm. Sambu qırmızı vərəqəyə görə kubokda olmadı və əziyyətini gördük. Düzdür, oyundan sonra VAR-da oyuran hakim dedi ki, ikiayaqlı müdaxilə idi və "qırmızı" var idi. Oyundan sonra təkrar baxdım, sanki iki ayağa müdaxilə yox idi. "Neftçi" haqda çox danışılır. Bu, gündəmdə olmaq deməkdir. Nəticələrimiz də buna səbəbdir, haqq qazandırıram. İstəmədiyim şey odur ki, bizim düşdüyümüz situasiya kiməsə rahatlıq verməsin. Bunun sonu yaxşı bitməyəcək. Təhdid kimi başa düşülməsin. Bir gün də lazım olan insanlar da masaya əlini vuracaq və ondan sonra necə olacaq, Allah sizi qorusun. Heç kimin "Neftçi"ni əzməyə səbəbi yoxdur. Ancaq neqativ danışılır və reaksiya göstərmiriksə, səbəb var. Futbolda başımız aşağıdır, iki ildir, avrokuboklara gedə bilmirik. Hakimlərlə bağlı çox məsələ olsa da, 1-2 dəfə danışmışam. Amma bu kiməsə səbəb vermir ki, "Neftçi"ni əlinizdə vasitə edəsiniz. Bəlkə, kimlərəsə xoş gəlmək, simpatiya qazanmaq istənilir. Belə davam etməyəcək. Nə varsa, onu edək. "Neftçi" də bir gün özünə gələcək. Belə şeylər xoş deyil. Azından Azərbaycan komandasıyıq. Son illərdə nəticələr həddindən artıq pisdir. Lakin Azərbaycan futbolu deyilirsə, birinci sırada "Neftçi"dir.

 

– "Neftçi"nin gələcəyi üçün planlarınız var yəqin. Fikirləriniz, planlarınızla rəhbərliyin düşündükləri üst-üstə düşəcək?

– Proqramımız var. Əmin olun ki, rəhbərliklə fikirlərimiz üst-üstə düşür. Biz onları, onlar bizi anlayır. Hamının bildiyi problemlər var. Burda çempion olan, gümüş medal qazandığımız illərdə də tənqidlər var idi və bunları normal qarşılayıram. Azarkeşlərin, medianın belə situasiyada komandaya dəstək verməsi, situasiyanı anlaması xoşdur. Bu situasiyada bizi anlamağa çalışan hər insana minnətdaram.

 

– Ad çəkməyə ehtiyac yoxdur. Sərəncamınızda olan futbolçuları torbaya qoyub, çölə atsanız, ordan "Neftçi" adına layiq neçə oyunçu çıxar?

– İnşallah, çox çıxar…

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 02:33

Ferstappen qalib gəldi, Antonelli isə dünya çempionluğunu qazandı

Futbol
Bu gün, 01:35

Valdas Dambrauskas “Sabah” komandasını tərk edib “Fənərbağça” klubuna baş məşqçi ola bilər

Cüdo
Bu gün, 01:18

İbrahim Talıbov, Dakarda Azərbaycan üçün ilk qızıl medal qazandı

Futbol
Bu gün, 01:06

Unay Emeri, Barselona qarşısında oynamağından əvvəl Aston Villa futbolçularına xəbərdarlıq etdi

Futbol
Bu gün, 00:51

Jose Mourinho Real Madrid‑in 3‑0 qələbəsindən sonra açıqlama verdi

Digər
Bu gün, 00:31

Konor McGregor son döyüşünü planlayır, karyerasını bitirəcək

Formula 1
Bu gün, 00:18

FIA, Antonelli'nin Meksika Grand Prix'sində çempionluk kubokunu təqdim etmə xahişini rədd etdi

Tennis
Bu gün, 00:06

Karlos Alkaras Vyanada ATP 500 turnirini qazandı, karyerasının 28-ci titulunu əldə etdi

Futbol
Dünən, 23:32

“Qızıl top” mükafatının nəticələrini əvvəlcədən təxmin edənlər 200 min dollar qazandı

Cüdo
Dünən, 23:26

Dakar 2026-da Azərbaycan judoçusu İbrahim Talıbovun ilk qızıl medalı

Futbol
Dünən, 22:57

Zamiq Əliyev Qələbəni Qorudu

Cüdo
Dünən, 22:53

Cüdo millisinin baş məşqçisi: Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur

Futbol
Dünən, 22:31

Arsenal, Liverpul'u səfərdə 1-0 məğlub edərək Premyer Liqada liderliyini möhkəmləndirdi

Futbol
Dünən, 22:27

Malişeva 0:0-dan sonra birincilik mövqeyini qoruyur

Futbol
Dünən, 21:59

Eldar Tağızadə “Bistritsa”nın “Krşko”ya qarşı qələbəsində qapısını möhürlədi

Futbol
Dünən, 21:57

Premyer Liqada "Kəpəz" "İmişli"ni 1:0 hesabı ilə məğlub etdi - Videoicmal

Qarabağ FK
Dünən, 21:50

Azərbaycan Premyer Liqasının ilk üçdəbir hissəsində əsas beş iddiasının statusu: "Neftçi" liderliyə yüksəlsə də, "Sabah" temp və balansla öndədir

Futbol
Dünən, 21:35

Juventusun səkkiz futbolçusu Napoli ilə qarşılaşmadan məhrum olacaq

Güləş
Dünən, 21:27

Ali Tsokayev dünyəvi çempionatda bürünc medal qazandı

Futbol
Dünən, 21:05

İnter futbolçuları Pavar, Kons, Stounz, Martines və Luis Enrique-ne zədəsindən sağalma tarixi açıqlanıb

Güləş
Dünən, 20:58

İslam Bazarqanov dünya çempionatında medalsız qalır

Futbol
Dünən, 20:48

Zamiq Əliyevin komandası "Eqnatiya" səfərdə "Tiranayı" 2:1 hesabı ilə məğlub edib

Digər
Dünən, 20:43

Vüsal İsgəndərli "Malişeva"nın "Feronikeli-74" ilə 0:0 hesablı heç-heçəyə qalxdığı oyunda start heyətindədən yer alıb

Güləş
Dünən, 20:40

Azərbaycan güləşçisi Ali Tsokayev Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb

Oxşar xəbərlər