top
Aaron Maluda: 3:0 hesabından sonra bu cür qollar buraxmaq qəbuledilməzdir Idman.biz
02 mart 2026, 13:55
- ↺ +

Aaron Maluda: "3:0 hesabından sonra bu cür qollar buraxmaq qəbuledilməzdir"

"Daha yaxşı oynamalı idik".

Bu sözləri "Sabah"ın futbolçusu Aaron Maluda Misli Premyer Liqasının 22-ci turunda "Qarabağ"la 3:3 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.

O bildirib ki, komandası görüşə uğurlu başlayıb.

"İkinci hissədə də hesab 3:0 idi. Amma bundan sonra bu şəkildə üç qol buraxmaq qəbuledilməzdir. Daha yaxşı oynamalı idik" , - deyə o, AZƏRTAC-a açıqlamasında bildirib.

Futbolçu Ağdam klubu ilə matçda xal itirmələrini komandası üçün təcrübə kimi dəyərləndirib: "Dərs çıxaracağıq və geri dönəcəyik. Qarşıda hələ çox oyun var. Hər gün öyrənəcək və inkişaf edəcəyik".

A.Maluda qeyd edib ki, səhvlərin təkrarlanmaması üçün oyun ətraflı təhlil olunacaq: "Bu həftə məşqçilərlə birlikdə baxacağıq, oyunu analiz edəcəyik ki, səhvlərimizdən dərs çıxaraq və onları bir daha təkrarlamayaq. Çünki bu, normal hal deyil. Amma biz öyrənəcəyik və sakit qalacağıq. Qarşıda hələ çox oyun var, ona görə də təşvişə düşməyə ehtiyac yoxdur".

O vurğulayıb ki, mövsüm davam edir və qarşıda 11 oyun var: "Sakit qalmalıyıq. Oyundan-oyuna yanaşmalıyıq. Daha sonra vəziyyətə baxıb seçimlərimizi və imkanlarımızı hesablayacağıq".

Şəxsi çıxışına da toxunan futbolçu qol və məhsuldar ötürmə ilə yadda qaldığını deyib: "Qol və məhsuldar ötürmə etdiyim üçün çox xoşbəxtəm. Amma düşünürəm ki, daha yaxşı oynaya bilərəm. Həmişə inkişaf etmək mümkündür. Buna baxmayaraq, performansımdan məmnunam".

Futbolçu Azərbaycan çempionatı barədə də müsbət fikirlər səsləndirib: "Bu, çox yaxşı çempionatdır. Səviyyə həqiqətən yüksəkdir və getdikcə daha da inkişaf edir. Çox gözəl ölkədir, insanları da mehribandır. Liqanın inkişaf etməsi məni sevindirir".

Qeyd edək ki, "Sabah" 53 xalla turnir cədvəlinə başçılıq edir. Aktivində 46 xal olan "Qarabağ" ikinci pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər