top
A Seriyası: Yuventus, Roma və Komo rəqiblərini darmadağın edib Idman.biz
07 yanvar 2026, 01:53
- ↺ +

A Seriyası: "Yuventus", "Roma" və "Komo" rəqiblərini darmadağın edib

İtaliya A Seriyası mövsümünün 19-cu turunun "Sassuolo" və "Yuventus" komandaları arasında keçirilən oyun başa çatıb.

İdman.Biz bildirir ki, komandalar "Mapei - Città del Tricolore"da (Reggio nel Emilia) qarşılaşıblar.

Turin klubunun oyunçuları 3:0 hesablı qələbəni qeyd ediblər.

16-cı dəqiqədə "Sassuolo"nun müdafiəçisi Tarik Muharemoviç öz qapısına qol vurub. 62-ci dəqiqədə yarımmüdafiəçi Fabio Miretti "Yuventus"un üstünlüyünü ikiqat artırıb. 63-cü dəqiqədə hücumçu Conatan Devid üçüncü qola imza atıb.

"Yuventus" mövsümdəki xallarının sayını 36-ya çatdırıb və turnir cədvəlində dördüncü yerə yüksəlib. 23 xalla "Sassuolo" 10-cu yerdədir.

23:14

İtaliya A Seriyasının 19-cu turunda "Lecce" və "Roma" arasında keçirilən oyun başa çatıb. Komandalar "Stadio Ettore Giardinero - Via Del Mare" stadionunda (Lecce) qarşılaşıblar.

"Roma" oyunçuları 2:0 hesablı qələbəni qeyd ediblər.

14-cü dəqiqədə "Roma"nın hücumçusu Evan Ferqyuson argentinalı Paulo Dibalanın ötürməsindən sonra komandasını irəli çıxarıb. 71-ci dəqiqədə ukraynalı Artyom Dovbık "Roma"nın fərqini ikiqat artırıb.

"Roma" hazırda 19 oyundan 36 xal toplayaraq turnir cədvəlində dördüncü yerə yüksəlib. 17 xalla "Lecce" 16-cı yerdədir.

20:29

İtaliya çempionatının 19-cu turunda "Komo" səfərdə "Piza"nı 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz bildirir ki, qonaqlardan ikinci hissədə Maksimo Perrone və Anastasios Douvikas (dubl) qol vurublar. Əsas hissənin bitməsinə beş dəqiqə qalmış ev sahiblərinin penalti zərbəsini M'bala Nzola dəqiq yerinə yetirə bilməyib.

"Komo" ardıcıl üçüncü oyununda qələbə qazanıb. Sesk Fabreqasın komandası 33 xal qazanaraq Seriya A turnir cədvəlində dördüncü yerə yüksəlib və əlavə meyarlara görə "Yuventus" və "Roma"nı geridə qoyub.

"Piza" 12 xalla turnir cədvəlinin sonuncu pilləsindədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 22:05

Nərmin Abdinova 8 qələbə ilə Avropa çempionu oldu

Futbol
Bu gün, 22:01

Atletiko 17 futbolçu və Simeon olmadan məşq etdi

Futbol
Bu gün, 21:46

Peres, Bernar Arnonun Real Madridi investisiya etməsini təklif edir

Futbol
Bu gün, 21:31

Kain: “Bayern olmadan Qızıl Topu qazana bilməzdim”

Futbol
Bu gün, 21:20

Harri Keyn 126. oyunu ilə İngiltərə rekordunu qırmağa hazırdır

Qarabağ FK
Bu gün, 21:16

Almeydanın Qarabağda məşqçi vəzifəsi ilə bağlı iddialar təkzib edilir

Güləş
Bu gün, 21:07

Ömər Mursaqulov Romada 27 kq çəki çempionu oldu

Futbol
Bu gün, 20:58

Chelsea qapıçısı Robert Sançes 400 min dollarlıq Ferrari-ni qəzaya saldı - FOTO

Futbol
Bu gün, 20:43

Kurtua: “Alonsoya daha çox vaxt verilsə, hər şey alınardı”

Futbol
Bu gün, 20:19

Nenad Vukçeviç Azərbaycan U‑19 komandası 7:2 qələbəsindən sonra ikinci hissədə tempi azaldığını bildirib

Qarabağ FK
Bu gün, 20:01

“Qarabağ” “Kəpəz” qarşılaşması üçün Azərsun Arena’da məşq başladı – FOTO/VİDEO

Futbol
Bu gün, 19:48

Bastian Assomo 21 dəqiqədə dörd qol vurdu

Futbol
Bu gün, 19:37

"Neftçi" 4 günlük istirahətdən sonra məşqlərə başladı və növbəti matçına hazırlaşır

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu Rüfət Quliyev: “Neftçi” bu mövsüm çempion olacaq

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Oxşar xəbərlər