İtaliyanın "Napoli" və "Latsio" futbol komandaları arasında A Seriyasının 11-ci turunda keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, Neapoldakı "Dieqo Armando Maradona" stadionunda təşkil olunan görüşü Luka Payretto idarə edib.
Hesab 28-ci dəqiqədə açılıb. "Latsio"nun yarımmüdafiəçisi Davide Frattezi fərqlənərək qonaqları önə keçirib.
İkinci hissənin əvvəlində meydan sahibləri tarazlığı bərpa ediblər. 48-ci dəqiqədə Roma təmsilçisinin müdafiəçisi Alfonso Pedrasa topu öz qapısına göndərib - 1:1.
Qalan dəqiqələrdə hesab dəyişməyib və komandalar meydanı hərəyə bir xalla tərk ediblər.
Bu nəticədən sonra "Latsio" xallarının sayını 29-a çatdıraraq turnir cədvəlində liderliyini qoruyub. "Napoli" isə 15 xalla 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, noyabrın 21-də keçiriləcək növbəti turda "Napoli" doğma meydanda "Torino"nu qəbul edəcək. "Latsio" isə "Leççe" ilə qarşılaşacaq.