Sentyabrın 21-də futbol üzrə İtaliya A Seriyasının IV turunun oyunları keçirilib.
İdman.biz xəbər verir ki, turun əsas qarşılaşmalarından biri Roma derbisi olub.
"Roma" minimal hesabla "Latsio"ya qalib gəlib – yeganə qolu Pelleqrini vurub.
Səfərdə çıxış edən "Atalanta" isə "Torino"nu 3:0 hesabı ilə darmadağın edib. "Kremoneze" ilə "Parma" arasında görüş qolsuz bərabərliklə başa çatıb – 0:0.
Digər matçda "Komo" möhtəşəm geri dönüş edib. "Fiorentina" meydan sahiblərinin futbolçusu Mandraqoranın qolu ilə 6-cı dəqiqədə önə keçsə də, 65-ci dəqiqədə Kempf tarazlığı bərpa edib. 90+4-cü dəqiqədə Adday isə Sesk Fabreqasın komandasına qələbə qazandırıb – 2:1.
A Seriyası
21 sentyabr
IV tur
"Latsio" – "Roma" - 0:1
"Torino" – "Atalanta" - 0:3
"Kremoneze" – "Parma" - 0:0
"Fiorentina" – "Komo" - 1:2
"İnter" – "Sassuolo"
İdman.biz