top
A Seriyası: Bolonya Torino üzərində qələbə qazandı və digər oyunların nəticələri Idman.biz
15 fevral 2026, 23:25
- ↺ +

A Seriyası: "Bolonya" "Torino" üzərində qələbə qazandı və digər oyunların nəticələri

"Bolonya" İtaliya A Seriyasının 25-ci turunda səfərdə "Torino"ya qalib gəlib — 2:1.

İdman.Biz xəbər verir ki, oyunun 49-cu dəqiqəsində Nikola Vlaşiç topu öz qapısına göndərib. 13 dəqiqə sonra isə topu rəqib qapısına vuraraq hesabı bərabərləşdirib.

Qonaqların qələbə qolunu 70-ci dəqiqədə Santyaqo Kastro vurub.

"Bolonya" 33 xalla dörd məğlubiyyət seriyasına son qoyaraq səkkizinci pilləyə yüksəlib. "Torino" isə 27 xalla turnir cədvəlində 14-cü yerdədir.

20:32

İtaliya A Seriyasının 25-ci turunda "Parma" "Verona"nı məğlub edib - 2:1.

İdman.Biz xəbər verir ki, meydan sahibləri hesabı erkən açıb. Dördüncü dəqiqədə Adrian Bernabe fərqlənib. Yeddi dəqiqə sonra isə qonaqlar çətin vəziyyətə düşüblər – Qift Orban qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

43-cü dəqiqədə Abdu Arrui penaltidən hesabı bərabərləşdirib.

Görüşün taleyini isə sonluqda vurulan qol həll edib. Mateo Peleqrino "Parma"ya qələbə qazandırıb.

Qələbə sayəsində "Parma" xallarını 29-a çatdırıb və turnir cədvəlində 12-ci pilləyə yüksəlib. "Verona" isə 15 xalla sonuncudur.

Paralel oyunda "Kremoneze" ilə "Genoa" qalib müəyyənləşdirə bilməyib – 0:0. Hər iki komandanın 24 xalı var və 15-16-cı yerləri bölüşdürürlər.

17:48

İtaliya A Seriyasının 25-ci turunda "Udineze" öz meydanında "Sassuolo"nu qəbul edib.

İdman.Biz xəbər verir ki, ev sahibləri hesabı erkən açıblar. 10-cu dəqiqədə Yurgen Ekkelenkampın ötürməsindən sonra Umar Sole fərqlənib.

Fasilədən sonra qonaqlar oyunun gedişini qısa müddətdə dəyişiblər. Əvvəlcə Arman Loryente tarazlığı bərpa edib, növbəti hücumda isə Andrea Pinamonti Ulisses Qarsiyanın ötürməsini başla tamamlayaraq komandasını önə keçirib - 2:1.

"Udineze" künc zərbəsindən sonra Nikolo Bertola ilə qol vursa da, epizod əl oyunu səbəbindən ləğv edilib.

Bu nəticədən sonra hər iki komandanın hesabında 32 xal var və onlar turnir cədvəlində doqquzuncu pilləni bölüşürlər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Oxşar xəbərlər