"İpsviç" Premyer Liqadakı qələbə həsrətinə son qoyub.
İdman.biz xəbər verir ki, bu, 8236 gündən sonra baş verib.
Mövsümdə ilk uğurunu XI turda rəsmiləşdirən komanda "Tottenhem"i məğlub edib. Səfərdəki 2:1 hesablı qələbə ilə 22 il 7 aylıq həsrət sona çatıb.
Qeyd edək ki, "İpsviç" sonuncu dəfə 2002-ci ildə Premyer Liqa matçında qalib gəlmişdi.
İdman.biz