top
8 qollu gecənin vəd etdiyi ümidlər - TƏHLİL İdman.biz
26 iyul 2024, 12:34
- ↺ +

8 qollu gecənin vəd etdiyi ümidlər - TƏHLİL

Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları başa çatıb. Azərbaycanın üç klubu iki qələbə qazanıb, bir məğlubiyyət alıb və vurduğu 8 qolun qarşılığında cəmi 2 top buraxıb.

İdman.biz 8 qollu cümə axşamının 8 maraqlı məqamını təqdim edir.

Tilsimlər qırıldı
Günə Səbuhi Abdullazadənin qolu ilə start verilib. "Sumqayıt"ın "Fehervar"la matçında hesabı açan futbolçu komandasının tarixinə ilk avrokubok topunun müəllifi kimi düşüb. Sumqayıtın eyniadlı klubu əvvəlki üç matçda qola həsrət qalmışdı. Ümumiyyətlə, Sumqayıtda oynayan Azərbaycan klubları avrokubokda qol vurmamışdı. Səbuhi təkcə komandasının deyil, həm də şəhərin tilsimini qırıb.

Bir gündə iki yubiley
Səbuhinin qolu Azərbaycan klublarının Konfrans Liqasında 50-ci topu kimi də tarixə düşüb. Cari mövsümədək komandalarımız 40 görüşdə 49 dəfə fərqlənmişdi. Dünənki üç görüşdən sonra bu rəqəmlər 43 qarşılaşmada 57 qola çatıb. "Zirə"nin "Dunayska Streda"ya vurduğu üçüncü qol da yubiley xarakteri daşıyıb. Davit Volkov qəsəbə klubunun Avropadakı 10-cu topunun müəllifi olub. Bakılılar 9-cu görüşdə bu rəqəmi 11-ə də çatdırmağı bacarıb.

Səfərdə yenilməz, evdə bənzər məğlubiyyətlər
Cari mövsümdə 6 avrokubok matçı keçirən Azərbaycan klubları artıq 4 qələbə qazanıb. Üç səfər oyununun hamısında qalib gələn komandalarımız yalnız evdə büdrəyib. "Zirə"nin "Şerif"lə görüşündə olduğu kimi "Sumqayıt" da "Fehervar"a eyni ssenari ilə uduzub. Hər iki görüşdə hesabı açan təmsilçimiz artıq ilk 45 dəqiqədə azlıqda qalıb. Say üstünlüyü qazanan qonaqlar hər iki qarşılaşmada iki qol vurmaqla əzmkar qələbəyə sevinə bilib. Eyni hesabla alınan bənzər məğlubiyyətlərdəki qırmızılar da eyni dərəcədə şübhəli alınıb. Öncə Salifu Suma, bu dəfə Murad Xaçayev komandasını azlıqda qoyub.

Rekord
Artıq dörd qələbəsi olan klublarımızın ən böyük uğuru elə 4 top fərqi ilə olub. "Zirə" "Dunayska Streda"nı Bakıda darmadağın edib. Bu, klublarımız üçün mövsümün ən böyük qələbəsidir. Rəşad Sadıqovun yetirmələri həm də klub tarixində rekord vurub. Bu, bakılıların Avropada ilk böyükhesablı uğurudur.

İlk
"Zirə" kimi "Sabah" da rekorda imza atıb. Krunoslav Renduliçin yetirmələri klub tarixində ilk dəfə avrokubok görüşündə böyük hesabla qalib gəlib. Hayfa "Makkabi"sinin qonağı olan bakılılar Macarıstandakı görüşdə 3 cavabsız qola sevinib. Paytaxt təmsilçisi həm də ilk dəfə ikidən çox qol vurmağı bacarıb.

Bombardir
Avrokubok mövsümündə Azərbaycan klublarının yeni bombardiri Davit Volkovdur. "Zirə"yə qayıdan gürcüstanlı hücumçu Avropa Liqasında bir, Konfrans Liqasında 2 dəfə fərqlənib. 3 qolu olan legioner həm də mövsümdə ilk dublun müəllifi olub. O, "Dunayska Streda" ilə qarşılaşmada üç dəqiqəyə 2 dəfə fərqlənib. "Zirə" tarixinin ən məhsuldar oyunçusu artıq qol sayını da 25-ə çatdırıb.

Üçü pley-offda?
Çempionlar Liqasında oynayan "Qarabağ"ın Cəbəllütariqdə "Linkoln"un qapısından iki top keçirdikdən sonra mərhələni keçmiş sayıla bilər. Qurban Qurbanovun yetirmələri bu komandanı keçsə, ən azı Konfrans Liqasının qrupunda yerini təmin edəcək. Ağdamlıların üç turnirdən birinin pley-offunda oynayacağı isə ilk mərhələdən azad olunmaqla dəqiqləşib. Bu dəfə "Qarabağ"ın pley-offdakı yeganə təmsilçimiz olmayacağını proqnozlaşdırmaq olar. "Zirə" və "Sabah"ın mərhələ keçməməsi artıq möcüzə sayılar. Samir Abasovun komandasının Macarıstanda hər şeyi dəyişməsi də istisna deyil. Daha şanslı olan "Sabah"ın III təsnifat mərhələsində "Sent Patriks" (İrlandiya) - "Vaduts"a (Lixtenşteyn), "Zirə"nin "Osiyek" (Xorvatiya) - "Levadiya"ya (Estoniya) cütünün qalibi ilə görüşəcəyini nəzərə alsaq, hər iki təmsilçimizin yaxşı pley-off şansları var. "Sumqayıt" isə bunun üçün əvvəl Macarıstanda sevinməli, ardınca "Omoniya" (Kipr) -"Torpedo"ya (Gürcüstan) cütünün güclüsünü yolundan kənarlaşdırmalıdır.

"Çelsi" və finalçı gözləyir
Konfrans Liqasındakı təmsilçilərimiz pley-offa adlasa, burada heç də asan olmayacaq. "Sabah"la "Zirə" burada səpələnməmişlər sırasında yer alacaq. Digər səbətdə əvvəlki raundların reytinqli qalibləri, Avropa Liqasından gələcək komandalarla yanaşı, birbaşa pley-offdan yarışa qatılacaq nəhənglər də var. "Çelsi", ötən mövsümün finalçısı "Fiorentina", "Betis", "Lans", "Haydenhaym" "Böyük beşlik" liqalarının təmsilçilərdidir.

Qeyd edək ki, "Zirə" "Dunayska Streda"nı 4:0, "Sabah" Hayfa "Makkabi"sini 3:0 hesabı ilə məğlub edib, "Sumqayıt" "Fehervar"a uduzub – 1:2.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Basketbol
Bu gün, 14:24

ABF FIBA-yə qarşı CAS iddiasını açıqladı

Futbol
Bu gün, 14:20

Dirk Kuyt Fənərbağçadan ayrıldı

Futbol
Bu gün, 14:00

Röyal Nəcəfov: Xankəndiyə geri dönüş tarixdir

Futbol
Bu gün, 13:54

Lamin Yamal Avropanın TOP-5 liqasında dribbling rekordunu qaldırdı

Güləş
Bu gün, 13:40

Azərbaycan sərbəst güləşçiləri Qazaxıstanda 8 medal qazandı

Futbol
Bu gün, 13:20

Futbolçu millət yığmasının düşərgəsini tərk edib ‘Real’da qalacaq

Futbol
Bu gün, 13:15

Ronaldu ayrıldı, Portuqaliya millisinin biletlərinin qiymətləri kəskin düşdü

Futbol
Bu gün, 13:06

Lixtenşteyn-Azərbaycan oyunu üçün hakimlər təyin edildi;

Qarabağ FK
Bu gün, 13:00

Qarabağ ən yüksək topa sahibolma faizində, Kəpəz ən aşağıda

Basketbol
Bu gün, 12:59

Azərbaycan qadın basketbol millisi İsveçrə ilə oyuna ciddi itkilərlə çıxacaq

Futbol
Bu gün, 12:46

Sumqayıt kapitanı İsa Suliman Pakistan milli komandası üçün dəvət alıb;

Futbol
Bu gün, 12:40

Çox az insan 90 dəqiqə futbol izləyir

Güləş
Bu gün, 12:33

Davud Məmmədov Qazaxıstandakı beynəlxalq yunan‑Roma güləş turnirinin qalibi oldu;

Futbol
Bu gün, 12:29

Fənərbağça, Dirk Kuytla yollarını ayırdı

Futbol
Bu gün, 12:26

Antonio Konte, Manchester United baş məşqçi postu üçün Mauricio Poçetinno ilə rəqabət edir

Futbol
Bu gün, 12:15

Timoteuş Puxaç, 'Sabah'dan sonra Polşada 'Lex' klubuna qayıtmaq istədiyini açıqladı

Voleybol
Bu gün, 12:13

Kəmalə Əsgərova 1/32 final CEV Çelenc Kubokunda hakim olacaq

Futbol
Bu gün, 12:11

Xankəndi FK, Xankəndi şəhərinə köçürülmə planını davam etdirir

Futbol
Bu gün, 12:00

Səbail FC yeni müşavirini təqdim etdi: "Futbolda lift yoxdur, pilləkənlər var"

Futbol
Bu gün, 11:40

Paulo Fonseka: Sportinq Realın hücumçusunun transferini tələb edir

Futbol
Bu gün, 11:25

Zidan ikinci divizion oyunçusunu milli komandaya çağırdı: 19 il sonra

Digər
Bu gün, 11:11

18 dekabrda Gənclər və İdman Nazirliyi 'Üzgüçülük hamı üçün' yarışına start verəcək

Qarabağ FK
Bu gün, 11:00

“Qarabağ” və “Sabah”ın rəmzi komandaya seçilmədiyi məlum oldu

Voleybol
Bu gün, 10:55

Neftçi və AZERRAIL Super Liqanın dördüncü turunda 17:00-da qarşılaşacaqlar

Oxşar xəbərlər