İngiltərə millisi UEFA Millətlər Liqasında Yunanıstan və İrlandiya ilə qarşılaşacaq. Sport.az xəbər verir ki, Tomas Tuxelin rəhbərlik etdiyi kollektiv görüşlərə ciddi itkilərlə çıxacaq.
İngiltərə millisində qapıçı Aaron Ramsdeyl, müdafiəçilər Trent Aleksander-Arnold, Livay Koluill, yarımmüdafiəçi Fil Foden, Deklan Rays, hücumçular Koul Palmer, Cek Qriliş və Bukayo Saka zədə səbəbindən düşərgəni tərk edib.
İngiltərə yığması noyabrın 14-də Yunanıstan, 17-də isə İrlandiya ilə qarşılaşacaq.