top
62 illik Neftçi azarkeşi Əfiqə xanım: Nəvəm Neftçidə oynayır, ən böyük arzum onu dünyada tanınmış futbolçu görməkdir - FOTO/VİDEO Idman.biz
26 noyabr 2025, 14:57
- ↺ +

62 illik "Neftçi" azarkeşi Əfiqə xanım: Nəvəm "Neftçi"də oynayır, ən böyük arzum onu dünyada tanınmış futbolçu görməkdir - FOTO/VİDEO

O, sosial şəbəkələrdə paylaşımları ilə diqqəti çəkir. 69 yaşı olmasına baxmayaraq, daim stadionlara "Neftçi"nin şərfi ilə komandasını dəstəkləməyə gəlir. Əfiqə Məmmədovanı "Neftçi"nin futbolçuları, məşqçiləri və rəhbərliyi də tanıyır. O, Bakı klubunun 1966-cı ildə SSRİ çempionatında tarixə düşmüş bürünc medallarını görən azsaylı azarkeşlərdəndir.

Əfiqə xanımın "Neftçi" azarkeşi olmasının əsas səbəbi ailəsinin futbola olan sevgisidir. Onun valideynləri "ağ-qaralar"ın fanatı olub. Həyat elə gətirib ki, onun nəvəsi Muradın da yolu 62 ildir ki, azarkeşi olduğu "Neftçi" ilə kəsişib. Uşaqlıqdan futbola həvəsi olan Murad klubun müxtəlif yaş qruplarından ibarət akademiyalarında çıxış edib. İndi isə əsas komandanın üzvüdür.

İdman.Biz xəbər verir ki, Əfiqə xanım "Qafqazinfo"ya müsahibəsində ötən əsrin ortalarından başlayan "Neftçi" sevgisindən, nəvəsindən danışıb:

- Futbola sevginiz necə yarandı?

- Mənim 69 yaşım var və 62 ildir ki, "Neftçi" azarkeşiyəm. Atam, anam, dayılarım – hamısı Bakı klubunun fanatı idi. Mən də onlara baxıb öyrənmişəm və azarkeş olmuşam. Bu günə qədər də komandamızı dəstəkləməyə davam edirəm. Ailəmdən gələn şeydir.

- Həmin illərdə komandanın oyunlarını izləyə bilirdiniz?

- Əlbəttə ki, izləyirdim. Hətta komandada oynayan oyunçuların adları da yadımdadır. Sergey Kramarenko və Ələkbər Məmmədov var idi. Ə.Məmmədov "Dinamo"da çıxış edəndə "Milan"ın qapısına 4 qol vurmuşdu. Vyaçeslav Semiqlazov, Anatoli Qryazev, Yaşar Babayev, Adil Babayev və sevimlimiz Anatoli Banişevski bu komandada çıxış edirdi. Kazbek Tuayev də oynayırdı. Ən çox sevdiyim oyunçudur. Hətta onunla sonralar görüşümüz olmuşdu.

- Bəs, stadionlara gedə bilirdiniz? Çünki həmin vaxtlarda stadionlarda xanım azarkeşlər çox olmurdu...

- Bir-iki dəfə dayım aparmışdı. Sonra isə aparmadı. Deyirdi ki, orada kişilər çoxdur. Mən də uşaq idim, amma stadiona çox getməmişəm.

- Anatoli Banişevski Azərbaycan futbolunun əfsanəsidir. Onunla da görüşünüz olub? Hansısa xatirəniz var?

- Bəli, maraqlı xatirəmiz var. Banişevski bizim qonşumuzun dayısının uşaqları ilə yaxın idi. Onu iki illik futboldan uzaqlaşdırdıqları dönəmdə qonşumuza qonaq gəlmişdi. Həmin gün də "Neftçi" SSRİ çempionatında "Ararat"la oynayırdı. Onların televizoru xarab olduğu üçün bizim evdə gəlib oyuna baxdılar. Həmin vaxt Ermənistan təmsilçisi "Neftçi"ni 1:0 uddu. Banişevski bizim evdən ağlaya-ağlaya çıxdı və bizi də ağlatdı. Həmin il "Neftçi" azarkeşləri stadionu dağıtmışdılar, oturacaqları və qapıları qırmışdılar. O ildə Səməd Qurbanov da futbola əlvida dedi. Açıqlama vermişdi ki, "biz ermənilərə bu cür uduzduqsa, mən daha futbol oynamaram".

- "Neftçi"nin 1966-cı il SSRİ çempionatında qazandığı tarixi bürünc medalı görmüsünüz. Həmin zamanları necə xatırlayırsınız?

- Bəli, həmin medalı gördüyümüzə çox sevinmişdik. Üstündən illər keçmişdi və 1966-cı ildə "Neftçi"də çıxış edən Mübariz Zeynalovun xanımı həmin bürünc medalı bizə gətirib göstərmişdi. Hətta o medallarla nəvəm Muradın şəklini də çəkmişdik.

- Nəvəniz Murad Məmmədov illərdir azarkeşi olduğunuz klubda çıxış edir. Onun futbola həvəsi necə yarandı?

- Elə bil ki, möcüzə oldu... Hələ danışmırdı və atası ilə mağazaya getmişdi. Orada o qədər oyuncağın içində getdi topu götürdü və elə ilk sözü də "top" oldu. Heç "ata", "ana" demirdi. Dil açandan dedi ki, futbolçu olacağam və oldu da.

- Muradı futbola kim aparıb-gətirirdi? Siz aparırdınız?

- Atası da aparırdı, mən də, bəzən anası da. Onun atası Neft buruqlarında işləyir və neftçidir. Bəzən uzun müddət evə gəlmirdi, həmin vaxtlar özüm aparırdım. Oyunlarının hamısını gedib izləyirdik. Muradın atası da bir müddət futbol oynadı, amma pis dönəmə düşdüyü üçün davam etmədi. İndi isə neft çıxarır.

- Düzdür, biz sizi sosial şəbəkələrdən tanımışıq. Amma niyə orada daha çox paylaşımlar etmir, daha çox videolar yerləşdirmirsiniz? Çünki bu gün əlinə şans düşən hər kəs sosial şəbəkədə məşhurlaşmağa çalışır...

- Vallah, dərinə getmək istəmirəm. Çünki çox adam deyəcək ki, elə ancaq nəvəsini reklam edir. Nəvəm yaxşı oynasın və media onu reklam etsin.

- Son illərdə heç də yaxşı olmayan günlərini yaşayan "Neftçi"ni indi stadionlarda dəstəkləyirsiniz. Sizi daha çox təəssüfləndirən nə var?

- Mən 62 ildir ki, komandamın yanındayam. Yaxşı günlərini də, pis günlərini də görmüşəm. İnanıram ki, "Neftçi" dirçələcək, belə qalmayacaq.

- Bugünkü durum sizi narazı salır?

- Düşünürəm ki, son matçlarda komanda yaxşı olub. Dirçəlirlər və qələbələr qazanırlar. Ümid edirəm ki, bundan yaxşı vəziyyətə gələcəklər.

- Samir Abasovun (red: iki gün öncə istefaya göndərilib) məşqçiliyi sizi qane edir?

- Samir Abasov yaxşı məşqçidir. Düzdür, Muradı "Neftçi"də əsas komandaya ilk olaraq sabiq çalışdırıcı, ukraynalı Roman Qriqorçuk gətirib. Amma onun zamanında oynamaq şansı qazanmırdı. Samir Abasov gələndən sonra isə Murada da şans verdi. Ümumiyyətlə, S.Abasov gənclərə şans verir. Murad da ondan pis yararlanmadı, oynadı. Ən yaxşısını baş məşqçi bilir ki, kim oynamalıdır, kim yox.

- Muradı məşhur ingilis futbolçu Fil Fodenə oxşadırlar. Siz necə düşünürsüz, həqiqətən oxşarlıq var?

- Mediada, sosial şəbəkədə bu barədə paylaşımlar edirlər. Mən isə düşünürəm ki, Murad o qədər məşhur olsun ki, dünyada onu tanısınlar. Desinlər ki, Azərbaycanda bir "Neftçi" komandası var və ən məşhur oyunçusu Muraddır. Heç yerə getməsin, elə burada da qalsın.

- Nəvəniz "Neftçi"dən ayrılıb başqa Azərbaycan klubunda oynamaq istəsə, nə deyərsiniz?

- Nə bilim (gülür). Özü də heç "Neftçi"dən getmək istəməz. Onu istəyən klublar oldu, amma razılaşmadı.

- Davamlı olaraq stadionlara nə zaman getməyə başladınız?

- Əsas komandada oynayandan bütün oyunlarına gedirik. Amma uşaq yaş qruplarında meydana çıxanda da baxmağa gedirdik.

- Qadınların stadionlara getməsi daim müzakirə mövzusu olub. Məsələn, siz əvvəllər stadionlara gedəndə qonşular, yaxınlar necə baxırdı?

- Heç vaxt bizə nəsə deyən olmayıb. Artıq hamı müasirləşib. Stadionlara gedən qadınlar da çoxdur. Əvvəllər də nəsə deyilmirdi. Çünki görürdülər ki, nəvəmi futbola aparıram. Heç kim heç kimin işinə qarışmırdı.

- Stadionlarda söyüş olması sizi narahat etmir?

- Mən oturduğum yerdə heç zaman söyüş olmur. Kənarda olubsa, bilmirəm. Amma mən eşitməmişəm.

- "Qarabağ"la rəqabət, illərdir onlara qalib gələ bilməmək sizi məyus edir?

- "Qarabağ"dan danışmaq istəmirəm. Bir dəfə mən müsahibədə "Qarabağ"dan danışmışdım və əksəriyyət altından söyüş yazmışdı. Heç açığı, adını çəkməmişdim.

- "Xəzər Lənkəran" – "Neftçi" oyunları üçün darıxırsınız?

- Çox maraqlı oyunlar idi. Dava da düşürdü, atışmalar da olurdu. Hətta Ağasəlim Mircavadov Lənkəran klubunda işləyərkən AFFA nümayəndəsinə kəllə atmışdı.

- Vensan Abubakarın "Neftçi"yə gəlişini necə dəyərləndirirsiniz?

- Çox yaxşıdır. Bu cür futbolçular lazımdır. "Neftçi"yə çox faydası dəyəcək.

- Sizcə, niyə hazırda Azərbaycan çempionatı matçlarında azarkeş az olur?

- "Neftçi" evdə oynayanda onu dəstəkləməyə gələnlər olur. Prinsipial matçlarda azarkeşlər çox olur, amma ümumi olaraq gəlirlər. Mən də həmişə gedirəm, dəstəkləyirəm.

- Hazırda qaldığınız Sahil qəsəbəsində qonşularınız Muradın futbolçu olduğunu, "Neftçi"də oynadığını bilirlər?

- Burada hər kəs onu bilir. Dəstəkləyirlər, oyunları olanda izləməyə çalışırlar. Dostlarından stadionlara gedənlər olur.

- Səfər matçlarına gedirsiniz?

- Azərbaycanın bölgələrinə getmişəm. Tovuza, İmişliyə və Qəbələyə gedirdim ki, komandamı dəstəkləyim.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:45

Fənərbağçanın yeni baş məşqçi axtarışı: Aykut Kocaman və digər namizədlər gündəmdə

Voleybol
Bu gün, 10:25

Murov Az Terminal vs Gənclər: Super Liqa ikinci turu bu gün

Futbol
Bu gün, 10:20

Afrika Millətləri Kuboku 2027-ci ildə yenidən iki ildə bir keçiriləcək

Futbol
Bu gün, 10:14

Salahın oxşarı Trabzonsporda çıxdı

Futbol
Bu gün, 10:13

PSJ və Qalatasaray bugünkü səfər oyunlarına çıxır

Basketbol
Bu gün, 10:12

Azərbaycan Basketbol Liqasında V turun ilk oyunu bugün başlayacaq

Futbol
Bu gün, 10:06

İnter və Milan yeni Generali Stadionunu təqdim etdi – San-Siro söküləcək

Qarabağ FK
Bu gün, 10:00

Qarabağ, Braziliyalı Futbolçu Qustafo Assunção'ya təklif edir – Qalatasaray'da da oynayıb

Futbol
Bu gün, 09:50

2026 Dünya Çempionatı Qətərin 5x Gəlirindən Çox Gəlir Topladı

Futbol
Bu gün, 09:40

Harri Keyn: Cəngavər titulunun verilə biləcəyi barədə şərh edib

Minifutbol
Bu gün, 09:35

"Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının V qrupunda Polşanın Piast komandası ilə son oyunu oynayacaq

Cüdo
Bu gün, 09:28

Hidayət Heydərov və iki Azərbaycanlı cüdoçu 'Böyük Dəbilqə' turnirində mübarizəyə başlayır;

Futbol
Bu gün, 09:20

Trent Alexander-Arnold Liverpoolə qayıda bilər

Futbol
Bu gün, 09:08

Luis Enrike, Barcelona‑dan Gavi‑ni PSJ‑ə gətirmək istəyir

Futbol
Bu gün, 08:40

FİFA 2026 Dünya Çempionatından rekord 5 milyard dollar gəlir əldə etdi

Futbol
Bu gün, 08:20

La Liqada Oktyabr ayının məşqçisi mükafatına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:13

Mançester Yunayted məşqçisi Maykl Karrik Bruno Fernandeni kapitan olaraq saxlayacağını bildirdi

Futbol
Bu gün, 08:00

İnтер və Milan Generali Stadium layihəsini ictimaiyyətə təqdim etdi

Futbol
Bu gün, 07:16

Barcelona, PSG və İngiltərə nəhəngləri Qalatasarayın yarımmüdafiəçisi Aleksey Batrakov üçün rəqabət aparır

Futbol
Bu gün, 06:18

“Yuventus”da baş məşqçi vəzifəsi üçün Deşam namizədlər arasındadır

Futbol
Bu gün, 05:07

Everton Cek Qrilişi intizam pozduğu üçün heyətdən çıxardı

Futbol
Bu gün, 04:57

Manchester United baş məşqçisi: Zəmanətə ehtiyacım yoxdur, məsuliyyəti tam başa düşürəm;

Futbol
Bu gün, 04:15

Çelsi 100 milyonluq transferdən imtina edib, Barselona’nın ulduzunu almaq məsləhət görüldü

Futbol
Bu gün, 03:14

Messi 2027-ci ildə Newell's Old Boysa qayıtmaq üçün transfer vaxtını müəyyən etdi

Oxşar xəbərlər