İspaniya millisinin sabiq üzü Pepe Reynanın yeni klubu bəlli olub. Sport24.az xəbər verir ki, 42 yaşlı qolkiper A seriyasına vəsiqə qazanan "Komo"ya keçib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, son klubu "Vilyarreal" olan "çərçivə qoruyucusu" karyerası ərzində "Liverpul", "Bavariya", "Milan", "Napoli", "Aston Villa" və "Latsio" kimi klubların formasını geyinib.