17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində son matçını keçirib. Sport24.az xəbər verir ki, oyunları Rumıniyada keçirilən VI qrupda mübarizə aparan İlham Yadullayevin yetirmələri meydan sahibləri ilə görüşüb.
İlk iki görüşdə müvafiq olaraq, Macarıstana və Yunanıstana uduzan U-17 ilk xalını Rumıniya ilə görüşdə qazanıb.
1:1 hesabı ilə bitən qarşılaşmada millinin heyətində Əlibəy Məmmədov fərqlənib. Bu həm də yığmanın seçmə mərhələdə vurduğu yeganə qol olub. Seçmə mərhələnin üç matçında bir xal toplayan milli sonuncu yeri tutub.
Qeyd edək ki, qrupun digər matçında Macarıstanla Yunanıstan qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.
U-17-lər arasında AVRO-2025-in seçmə mərhələsi
VI qrup
III tur, 19 noyabr
Azərbaycan – Rumıniya – 1:1
Qollar: Əlibəy Mahmudov, 82 – Rares Koman, 40
Baş hakim: Miçele Beltrano (San Marino)
Rumıniya Milli Futbol Mərkəzinin stadionu
1 | Yunanıstan | 3 | 2 | 1 | 0 | 8-2 | 7 |
2 | Macarıstan | 3 | 1 | 2 | 0 | 6-2 | 5 |
3 | Rumıniya | 3 | 0 | 2 | 1 | 1-4 | 2 |
4 | Azərbaycan | 3 | 0 | 1 | 2 | 1-8 | 1 |